Xəbərlər
28.03.2026, 00:23
Aləmzər Sadıqqızı : Sən hələ bilmirsən arzular nədir...
Bir Allah şahiddir səni necə sevdiyimə...Sən dünyaya gələndə gözlərini açıb üzümə baxdığın andan ruhuma köçdün... Səni hər bağrima basanda sanki məhf olmuş arzularımı sinəmə sıxırdım... Dağılmış dünyam bərpa olurdu... Səndən ötə bir dünya yoxmuş kimi sənə olan sevgimə sığındım...Mənə nəfəs oldun, mənə ümid oldun, yaşamaq səbəbim oldun Ruqəyyəm...
Dörd yaşın olanda məndən elə bir şey istədin ki, ala bilmədim... Gücüm sözə çatdı...
Sən demə dünyanın ən boyük dərdi qabaqda imiş... Səni bağrıma basıb ətrini nəfəsimə çəkə bilməməkmiş ağrım...
Anasızlığının əzablarını səninlə bölüşə bilməməkmiş əzabım...
Nənə sənə qurban olsun!
Tanrıdan ən böyük arzum sənin həyatda tuta bildiyin məqamını görmək, səni bəyazlar içində gəlin köçürmək... Bir gün yolum o tərəfə düşəndə o nakam gəlinə səndən ürək açıqlığı ilə danışmaq...
Balaca ürəyinlə mənə şeir yazmışdın...Onda hələ 6 yaşın vardı...
Nənə sən mənim canımsan,
Nənə sən mənim ciyərimsən,
Nənə sən mənim ürəyimsən,
Nənə sən mənim Azərbaycanımsan!
Nənən öləydi kaşki...Analı dünyan yıxılmazdı...
İndi də mən sənə deyirəm;
Sən mənim hər şeyimsən! Sən mənim Vətənimsən!
İnsan Vətənsiz necə darıxırsa necə yaşaya bilmirsə mən də sənsiz elə darıxıram...Mən də sənsiz yaşaya bilmirəm!!!!
Doğum günün mübarək quzum! Elə xoşbəxt ol ki, həmişə ananın da, mənim də ruhumuz şad olsun!!!!
Quzum
Sən hələ bilmirsən arzular nədir...
Arzusu indidən puç olan quzum...
Könlündən keçənlər ruhumu didir...
Bu gün hey boşalan,hey dolan quzum...
Basıram bağrıma telin öpürəm...
Balaca göyərçin əlin öpürəm...
Gözündən süzülən gülün öpürəm...
Gah nağıl deyirəm, gah yalan quzum...
Körpə ürəyindən həsrət su içir...
Dilindən keçənlər ömrümü biçir...
Başımdan keçənlər gözümdən keçir...
Ay dərə nənədən dağ uman quzum...
Sən Aləm nənənin körpə balası...
Ən şirin, ən gözəl sular sonası...
Sevgisiz ömrünün sevgi qalası...
Çəkilsin yolundan sis- duman quzum!

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay