Hippokrat deyirdi, biz nə yeyiriksə, oyuq. Məhəmməd peyğəmbər deyirdi ki, bütün fəsadların yuvası mədədir, bütün dərdlərin çarəsi pəhriz. Buna görə də qida rejimini dəyişmədən, düzgün qidalanmadan insan sağlam ola bilməz. Çünki qanı yaradan qidadır. Bizim hüceyrələrimiz isə qanın tərkibindən asılıdır.

Gündəm24.az xəbər verir ki, bunu yazıçı-jurnalist, tanınmış loğman, təbii üsullarla müalicə üzrə mütəxəssis Ərşad Əzimzadə APA-ya geniş müsahibəsində deyib.

O, bədənimizdə 70 trilyon hüceyrə olduğunu diqqətə çatdırıb:

” Təpədən dırnağacan hüceyrədən toxunmuşuq. Bu 70 trilyon hüceyrənin yeməyi canlı qidalardır: meyvədir, tərəvəzdir, çiçəklərdir, otlardır və s. və ilaxır. Əgər biz onları vitaminlərlə, təbii duzlarla, təbii turşularla, təbii yağlarla kifayət qədər təmin edə bilməsək, zəifləyəcəklər. Çünki hüceyrələr həm bir tərəfdən kütləvi şəkildə qırılırlar, həm də onlarda nəsil artırmaq qabiliyyəti pisləşir. Hüceyrələr canlıdırlar, evlənirlər, toy edirlər, dünyaya övlad gətirirlər. Gün ərzində bədənimizdəki hüceyrələrin bir faizi ölür, bir faizi isə yaranır. Amma bu hüceyrələr düzgün qidalanmadıqda, yəni ölü qida yedikdə, tutalım, bişmiş xörəklər, duza qoyulmuş qidalar… – konservlər. Bunlar hamısı ölü qida sayılır, çünki tərkibində heç bir faydalı element qalmır. Ona görə də onlara alimlər ölü qida adı veriblər. Canlı qida hüceyrələrə kifayət qədər faydalı element daşıya bilir. Ölü qida isə ancaq şlak şəklində yığılıb bədəndə qalır”.

O, həmçinin Quranda insana ət və çörəyin məsləhət görülmədiyini bildirib:

“Əgər kökümüzü axtarsaq, bizim qidamız çiydir. Amerika alimi Pol Breqq də bunu yazıb. Sonra mən axtardım, bunu Quranda da tapdım. Məni maraqlandırırdı ki, bizim əcdadımız nə yeyib? “Bəqərə” surəsinin 55-ci ayəsini oxudum. Gördüm Allah-taala Adəmə müraciət edir: “Ey Adəm, sən öz zövcənlə cənnətdə qalın və bu meyvələrdən istədiyiniz qədər yeyin, amma o meyvəyə, yəni buğdaya yaxın durmayın. Yaxın dursanız, özünüzə zülm edənlər olacaqsınız”. 56-cı ayədə isə yazılıb ki, Adəmlə Həvva buğda yedilər və cənnətdən qovuldular. Məni maraqlandırdı, görüm cənnətin tərifi varmı Quranda? Bağdır. Deməli, Allah bizə əti məsləhət görməyib, buğdanı məsləhət görməyib, yəni çörək olmayıb. Sonra da mən ət və çörəyin ziyanını gördüm”.

Son xəbərlər

Bakıda və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

Azərbaycanlı müəllifin pyesi əsasında hazırlanmış tamaşa Ümumrusiya müsabiqəsinin qalibi olub

Şəhid adı arxasında gözlənilən idarəçilik böhranı -Şərafəddin İLKİN yazdı

"Meloni yaxın günlərdə Bakıya gələcək"

Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Fotolar

Heydər Əliyevlə xanımının yeni - Fotoları

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

İstirahət günü hava necə olacaq?

Ürəyiniz sağlam, ömrünüz uzun olsun - Alimlər çarəni tapdı

"Hər kəs çətin şəraitdə yaşayarkən, lüks həyatımı göstərmirəm" - Sabancı

Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar

62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar

“Mən kral nəslindənəm”

O serialla bağlı qərar verildi

Manatla bağlı dəyişiklik: Qiymətlərə necə təsir edəcək?

Saxta dərmanlar dövrü başa çatır? - Yeni nəzarət sistemi işə düşür

VAQİF VÜQAR : Oxu məni gələcəyin üzündə... - FOTO

AZAL Təl-Əvivə uçuşları bərpa edir

DİN həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb

MM Komissiyası: Ermənipərəst dairələr Ermənistanla Azərbaycan arasındakı kövrək sülh prosesinə zərbə vurmağa çalışır

Balakəndə AĞIR QƏZA – Sürücü həyatını itirdi

Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olublar

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

Balakəndə ağır qəza nəticəsində 1 nəfər ölüb

CNN: İranın zərbələri Yaxın Şərqdəki 16 ABŞ hərbi obyektinə zərər vurub

“Halef”dən gedir - FOTO

"Kayıp zaman" daha bir sima - FOTO

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031