Turaztv.az » Xəbərlər » “Trampı rahat buraxmayacağıq” - Əli Laricani
Xəbərlər

“Trampı rahat buraxmayacağıq” - Əli Laricani

08.03.2026, 14:37 134
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ Prezidenti Donald Trampa qarşı kəskin ittihamlar səsləndirərək, ölkənin ali rəhbəri Ayətullah Əli Xameneinin ölümünə görə qisas alınacağını bildirib.

"Turaztv.az" “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Laricani özünün “X” hesabında paylaşdığı mesajda Trampı hədəf alıb.

O, İranın Ali Rəhbərinin öldürülməsini bağışlanmaz bir cinayət adlandıraraq, ABŞ-nin bunun bədəlini ağır ödəyəcəyini vurğulayıb.

“Trampı rahat buraxmayacağıq. O, liderimizi və xalqımızı şəhid edib. Bu, asan məsələ deyil. Biz qisas alana qədər ondan əl çəkməyəcəyik”.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail qüvvələrinin həyata keçirdiyi hava hücumları nəticəsində Ayətullah Əli Xamenei və onun ailə üzvləri həlak olub.

Oxşar xəbərlər