Bibixanım İSAYEVA : Qəzetlər də sənədli tarixdir - FOTO
Mətbu orqanları haqqında

Hər bir millətin, xalqın, ölkənin, dövlətin mövcud olmasırıda təbliğat və təşviqatın müstəsrıa rolu vardır. Təbliğat və təşvi¬qat (şifahi və yazılı fəaliyyət) dedikdə mətbuat nəzərdə tutulur. Mətbuat - dövri çıxan qəzet, jurnal və s. ümumi adıdır. Mətbu¬at kütləvi inormasiya və təbliğatın əsas vasitəsi kimi sosial və siyasi mübarizənin, elmi bilikləri yaymağın, maarif və mədə¬niyyəti inkişaf etdirməyin, ictimai rəyi və dünyagörüşü formalaşdırmağın qüdrətli silahıdır.
Qəzetlər və mətbu orqanları (qəzet, jurnal, informasiya agentlikləri, internet mediası) ictimai rəyi formalaşdıran, məlumat yayan, təbliğat aparan və inkişaf etdirmək xüsusiyyətinə malik dövri nəşrlərdir.

Bunlar sosial, siyasi və elmi həyatın əsas vasitəçiləridir. Azərbaycan mətbuatında ənənəvi və rəqəmsal formalar paralel mövcuddur.
Qəzetlər və mətbu orqanlarının əsas xüsusiyyətləri kütləvi informasiya vasitəsi, təbliğat və tənqiddir. Əhatə dairəsi isə qə¬zetlər, jurnallar, informasiya agentlikləri, radio, televiziya, saytlar və sosial media platformalarıdır.
Formatları isə «ənənəvi» (çap), media və «yeni» (rəqəmsal) media növləridir.

Sosial media və qəzetlərin fərqi

Qəzetlər çap, gec təyinatlı və məhdud əhatəlidir, sosial media isə anında paylanılır, qlobal interaktivdir. Qəzetlər bir isti¬qamətli məlumat ötürür, sosial media isə qarşılıqlı dialoq və paylaşım təmin edir. Qəzetlərdə çap prosesi onun yayımlanma¬sını gecikdirə bilər, ancaq məlumat dərc olunanda daha peşəkar və redaktə olunmuş olur. Həmçinin qəzetlər informasiyala¬rın doğruluğuna üstünlük verir. Sosial media isə sürətli olmasına rəğmən paylaşılan xəbərlər çox zaman yanlış olur və hər ad¬dımda burada sensasiya xarakterli məlumatlara rast gəlinir.
Qəzetin əhatə dairəsi onun abunəçiləri ilə ölçülür, həmçinin düzgün informasiya sevənlərin qəzetləri əldə etməsi ilə yayım¬lanır.
Sosial mediada real vaxtda məlumat paylaşılır, sürətli şəkildə dünyaya belə paylaşıla bilir. Qəzetlər gec, sosial media anın¬da yayılır. Qəzetlər oxunur, sosial media oxunur, paylaşılır, müzakirə edilir.
Qəzetlər məhdud auditoriya üçün olsa da daha ciddidir.
Buradan belə nəticə çıxarmaq olar ki, qəzetlər sabahın tarixidir. Və burada təhrifçiliklər demək olar ki, (hazırkı dövrün nəşr olunan qəzetləri) yox dərəcəsindədir.

Oxucu görəsən dəqiq məlumatları xoşlar, ya təhrifçiliyi? Əlbəttə əsil ziyalı həm dəqiqliyi sevər, həm də operativliyi. Ancaq doğruluq, reallıq tarix boyu bəşəriyytin həqiqət təcəssümüdür. Yanlışlıq, sensasionçuluq isə anında çatdırılan informasiya ol¬sa da, bu günçündür, sabah üçün belə təbliğatların əksəriyyəti əhəmiyyətsizdir. Ona görə də hər bir təbliğatçı mətbu orqan¬larının hər sahəsində məsuliyyət hissinə diqqət etməlidir.
Bir sözlə, qəzetçilik unudulmamalı, daima oxunmalı, tarixi yaddaş kimi saxlanılmalıdır.

Hazırda qəzet oxunurmu?


Bəzən qəzet oxumayıb bütün məlumatı sosial səhifələrdən gözləyənlərlə rastlaşırıq. Belə «bəzilər» qəzet oxumağa «səbr» tapa bilmirlər. Götürək elə 1933-cü ildən fəaliyyət göstərən, bəzən çətinliklərlə üzləşsə də nəşr olunan rayon qəzeti bir tarixi sənəd kimi axtarılır. illər əvvəl çap olunmuş nömrələrinə istinad edilir.
Qəzetdə ölkə xəbərləri, rayonumuzun iqtisadi-siyasi, tarixi, mədəni, sosial-inkişaf xətti, kənd təsərrüfatı və sənaye xəbər¬ləri, milli-mənəvi zənginlik, vətənpərvərlik mövzusunda zarisovka, reportaj, oçerklər dərc olunur. Son beş ildə II Vətən Müha¬ribəsi şəhidləri və qaziləri, döyüşçülər, onların ailələri, onlara göstərilən qayğı və yanaşmalar haqda, rayonumuzun sosial-iq¬tisadi həyatı və s. mövzularda materiallar ayrı-ayrı səhifələrdə özünə yer alır. Əsil ziyalı, vətənini, xalqını, doğulduğu və yaşa¬dığı məkanı sevən hər kəs qəzet oxumağı xoşlar, yalnız sosial mediya oxucusu olmaqla kifayətlənməz.
Qəzetimizin son beş ildə elə bir nömrəsi yoxdur ki, orada ayrı-ayrı şəhidlər və qazilər haqqında maraqlı yazılar verilməsin. Vətənpərvər olan hər kəs bu mövzunu bütün nömrələrdə izləyir.
Bəzən bizə müraciətlər edilir: «Sizin qəzeti haradan əldə etmək olar»? Bax, sözüm belə ziyalı və vətənpərvər insanlara- dır - «Qəbələ səsi»nin bir ünvanı var - qəzet redaksiyası.

Qəzetin tarixi sənəd olmasına adi bir fakt

Bu günlərdə sosial medianın facebook səhifəsində «Qəbələlilər və Qəbələsevərlər» qrupunda Elbrus Mikayılovun imzası ilə çox maraqlı bir yazı ilə rastlaşdım. Həmin yazının sərlövhəsi belə idi: «Qəbələ rayonundan olan Sosialist Əməyi Qəhrə¬manları: Mənbə: «Bolşevik mübarizi» qəzeti, 21, 28 iyul 1950-ci il (şəxsi arxiv).

Yazının hələ sərlövhəsi diqqətimi cəlb etdi və maraqla oxudum. Bu tarixi bir sənəd idi. Axı bu məlumatı nəinki gənc nəsil, hətta o biri nəslin nümayəndələrinin də əksəriyyəti bilə bilməzdi. Bu yalnız mütaliə etməyi sevənlərin, yaşlı nəslin ziyalı təbə¬qələrinin bəzilərinin yaddaşında qala bilər. Müəllifi tanımasam da ona çox böyük hörmətim var. Deməli qəzet həmişə oxunu¬lub. Oxunulub ki, şəxsi arxivində belə saxlanılıb.

Bəs bu gün?..


Qəzetimizin bu günkü vəziyyəti görəsən maraqlı deyilmi? Sosial media nə qədər sürətli olsa da, qlobal olsa da qəzet sa¬bahkı tarix, nəsillərə lazım olan bir sənəddir. Həm də yaşadığımız bir obanın, şəhərin, eləcə də bir rayonun həyat tərzini, ya¬şamını, varlığını əks etdirən dəyərli bir vasitədir. Hamılıqla onu qloballaşdıra, yayımı sürətləndirə bilərik. Bu isə oxucu kütlə¬sindən asılıdır. Bu gün onu yaşatmasaq, sabahkı gün üçün Qəbələ tariximiz bir çox tarixi həqiqətləri itirə bilər. Canlı, faktiki sənəd olan qəzetimizi hamılıqla yaşadaq. Növbəti il üçün abunə kompaniyasını zənginləşdirək.

Son xəbərlər

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930