Xəbərlər
22.02.2026, 19:09
QIZBƏS QƏBƏLƏ : Əli və Bəxtiyarçün əbədi söndü günəş - FOTO
QARABAĞIN İLK ŞƏHİDLƏRİ - ƏLİ VƏ BƏXTİYAR.
( 1988 ci il fevralı 21 - də Qarabağda erməni seperatçı deputatları Qarabağın Azərbaycandan qoparılaraq, Ermənidtana birləşdirilməsi haqqında qərar qəbul etdilər. Fevralın 22 - də isə yerli Azərbaycanlılar etiraz olaraq silahsız , əliyalın şəkildə Əsgərana doğru doğru yürüşə başladılar. Erməni vandalları silahsız insanlara odlu silahlardan atəş açaraq onları öz Vətənlərində , öz yurdlarlnda gülləbaran elədilər.Əli və Bəxtiyar adlı iki gəncimiz Qarabağ savaşının ilk şəhidləri oldular. Məlumat üçün Anar Tağıyevə təşəkkür edirəm )
Qarabağın ilk şəhid övladları oldunuz,
Qeyrətin yolu oldu, sizin o ilk yolunuz,
Düşmən əfi ilandı, düşmən quduzdan, quduz.
Silahsız insanlara o gün açıldı atəş,
Əli və Bəxtiyarıçün əbədi söndü günəş.
İnanmadıq namərdlər bu qədər qansızr olar,
Günahsız insanlara dünyanı eyləyər dar,
İki gəncin taleyi o gün oldu tari - mar.
Bir qarlı fefral günü yaman açıldı atəş,
Əli və Bəxtiyarcün əbədi söndü günəş.
Qan ağladı Qarabağ həmin o gündən bəri.
Əli, Bəxtiyar oldu yurdun ilk şəhidləri,
Keçdi bu yolda candan xalqın çox igidəri,
Bütün Azərbaycanıma o gün açıldı atəş,
Əli və Bəxtiyarçün əbədi söndü günəş.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














