Leyla və Arzu Əliyevalar Tiranada MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışına qatılıblar

Tiranada Albaniyanın Baş nazirinin İqamətgahında MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb.

Sərginin açılışında Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Tədbirdə çıxış edən Leyla Əliyeva ekspozisiyada yer alan rəsmlər, heykəllər və instalyasiyalar vasitəsilə sənətkarların təbiətin gücünü, gözəlliyini və kövrəkliyini nümayiş etdirdiyini vurğulayıb.

O, bu sərginin təbiəti qorumaq məqsədilə sənətimizin sərhədləri aşmasının mükəmməl bir nümunəsi olduğunu qeyd edib.

Sərgi haqqında məlumat verən Leyla Əliyeva mənəvi zənginliyi və səmimiyyəti ilə seçilən gözəl ölkədə olmaqdan məmnunluğunu ifadə edərək deyib:

"Azərbaycan və Albaniyanı siyasi sərhədləri aşan sıx dostluq və dərin münasibətlər birləşdirir. Ölkələr müasir dünyada böyük ehtiyac duyulan humanizm, xeyirxahlıq, ləyaqət və qarşılıqlı hörmət kimi ali dəyərləri paylaşır".

O, həmçinin Baş nazir Edi Ramanın və tanınmış alban rəssamı Arben Qoleminin əsərlərinin bu sərgidə təqdim olunmasının onun üçün böyük şərəf olduğunu, bu gün burada Bakıdan olan dörd rəssamın iştirak etməsindən və onların öz müsbət təcrübələrini bölüşərək yaradıcılıqları haqqında şəxsən məlumat vermək imkanından böyük məmnunluq duyduğunu qeyd edib.

Leyla Əliyeva bəşəriyyətin təbiətə vurduğu zərərdən də söz açaraq deyib:

"Hər il dünyada 10 milyon hektar meşə sahəsi məhv edilir. İnsanlıq vəhşi heyvanların 83 faizini, bitkilərin isə yarısını yox edib. Hər il planetimizdən 200 canlı növü silinir və okeanların 66 faizi birbaşa insan fəaliyyətinin mənfi təsirlərinə məruz qalır. Azərbaycanın zəngin ekosistemi də bu proseslərdən kənarda qalmır. Xəzər dənizinin səviyyəsi xeyli aşağı düşüb. Xəzər suitisi, qızılbalıq və nərə balığı kimi heyrətamiz canlı növləri yox olmaq təhlükəsi ilə üzləşib".

Albaniyanın Baş naziri Edi Rama sərgidə Leyla Əliyevanın əsərləri də daxil olmaqla, təbiətin mühafizəsi ilə incəsənətin vəhdətini nümayiş etdirən rəsmləri görməkdən şərəf duyduğunu qeyd edib.

Baş nazir bu sərginin iki ölkənin dostluğunda yeni bir səhifə açaraq, bura mədəniyyət və yaradıcılıq ruhu gətirdiyini söyləyib.

Edi Rama, sərginin davam etdiyi bir ay ərzində hər bir tamaşaçının buradan özü ilə rənglərin və xəyalların bir parçasını aparacağını bildirib.

Sonra qonaqlar sərgidə nümayiş olunan əsərlərlə tanış olublar.

Son xəbərlər

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Azərbaycana bu iki ölkədən daha çox turist gəlir

Nigar Fərhad saxlanıldı

Azərbaycan üçün şad xəbər: ölkənin yeni “qara qızıl”ı...

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Yaş insanın ürəyinə verilmiş son istifadə tarixi deyil...

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

“Evdə tək”in aktyoru vəfat etdi

Azərbaycan nefti cüzi ucuzlaşıb

FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31