
Xəbərlər
10.02.2026, 20:44
GÜLLÜ ELDAR TOMARLI : Bir ömür pərvanən özüm, a Zöhrə - FOTO
Canım Zöhrə qızım! Ad günün mübarək, sənə ailəndə xoşbəxtlik,xoş günlər arzu edirəm. Anan qurban sənə...Hayıfff...yanında olammadım...Yaman kövrəldim...
A ZÖHRƏ
Qızım Zöhrəyə
Sənə murazımın bəhrəsi deyim,
Əlvan arzuların çöhrəsi deyim.
Ömrümün bir ömür həvəsi deyim,
Yoxsa ki cicəkli yazım, a Zöhrə.
Duadan xəlq olan diləyimmisən,-
Haqdan hasil olan istəyimmisən?
Dünənki o körpə bəbəyimmisən?
Bugünkü ən şirin sözüm, a Zöhrə.
Sirrimi verdiyim sirdaş kimisən,
Bəzən də sən mənə qardaş kimisən.
Qanımda qaynayan atəş kimisən,
Bəzən də iradəm, dözüm, a Zöhrə.
Çoxal, min budaq ol ocağında sən,
Öz ev-eşiyinin qucağında sən,
Güllüyə körpəsən hər çağında sən,
Bir ömür pərvanən özüm, a Zöhrə.
Əlvan arzuların çöhrəsi deyim.
Ömrümün bir ömür həvəsi deyim,
Yoxsa ki cicəkli yazım, a Zöhrə.
Duadan xəlq olan diləyimmisən,-
Haqdan hasil olan istəyimmisən?
Dünənki o körpə bəbəyimmisən?
Bugünkü ən şirin sözüm, a Zöhrə.
Sirrimi verdiyim sirdaş kimisən,
Bəzən də sən mənə qardaş kimisən.
Qanımda qaynayan atəş kimisən,
Bəzən də iradəm, dözüm, a Zöhrə.
Çoxal, min budaq ol ocağında sən,
Öz ev-eşiyinin qucağında sən,
Güllüyə körpəsən hər çağında sən,
Bir ömür pərvanən özüm, a Zöhrə.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






