Azərbaycanın bütün bölgələrində Novruz qabağı keçirilən mərasimlərdən biri Xıdır və yaxud Xıdır Nəbi bayramıdır. Bu bayram "qışın oğlan çağında", kiçik çillənin onuncu günü, Novruzdan altı həftə qabaq qeyd edilir. Kiçik çillə yanvar ayının 31-dən fevralın 19-na qədər olduğundan Xıdır bayramı bəzi yerlərdə fevralın 9-da və 10-da kiçik çillənin yarı olduğu gündə keçirilir.

Bu bayram Naxçıvanda, Şərur rayonunun Aşağı Yaycı kəndində fevralın 5-də qeyd olunur. Çalxanqala, Təzəkənd kəndlərində isə "Xıdır Nəbi" fevralın 14-ü (15-i) Xıdırın anadan olduğu gün bayram edilir.

Xıdır Nəbi günü bəzən həftənin dördüncü gününə təsadüf etdiyindən bunu dinlə əlaqələndirirlər. Naxçıvan şəhərində indi də bayramı kiçik çillənin ikinci cümə axşamında qeyd edirlər. Ancaq Xıdır Nəbi bayramının dinlə heç bir əlaqəsi yoxdur. Bayram çətinlikdə insanların dadına, köməyinə çatan istilik hamisi olan Xıdırla bağlı olub, onun şərəfinə keçirilir. Bu, islamdan öncə formalaşmış əski türk inancıdır. Bir qayda olaraq fevral ayının 9-da keçirilməlidir.

Naxçıvan bölgəsində bayrama bir neçə gün qalmış onu qarşılamaq üçün hazırlıq işləri görülür, evlər səliqə-sahmana salınır, həyət-baca təmizlənir.

Digər türk xalqlarında da bu bayram qeyd edilir. Anadolu türklərində bayram Hıdır-Ellez adı ilə may ayının 6-da, Balkanlardakı müsəlman-türk xalqları arasında aprel ayının üçüncü ongünlüyündə keçirilir. Türkiyənin İqdır bölgəsində isə Xıdır Nəbi bayramı, Anadolunun digər ərazilərindən fərqli olaraq, may ayının 6-da yox, Naxçıvanda olduğu kimi, fevral ayında qeyd edilir. Axıska türkləri arasında da Xıdır Nəbi bayramı fevral ayında keçirilir. Hər il yanvar ayının son həftəsi ilə fevral ayının ilk həftəsi arasında Xıdır bayramı keçirilir. Burada mövcud olan inanca görə, Xıdır darda qalan, sıxıntıda olan insanlara yardım edən ulu bir varlıqdır. Bu həftə üç gün oruc tutulur.

Rodos türklərində Hıdır-Ellezdə dəniz kənarına gedilir, inanca görə, Xıdırdan nə istənilsə, onun rəsmini çəkib dənizə atarlar. Qazaxlarda Xıdır inancı Novruz bayramı ilə eyni gündə qeyd edilir. Burada mövcud olan inama görə, 22 mart gecəsi saat 3-də Xıdır dədənin gəldiyi və bərəkət payladığı söylənilərək bu gecəyə "Xıdır gecəsi" adı verilmişdir.

"Xıdır Nəbi"də keçirilənlər Orta Asiya mədəniyyəti (şamanizmi), əski Anadolu mədəniyyəti (bolluq, bərəkətlik ayinləri, ölümsüzlük), İslam mədəniyyəti (Xızır İlyas motivi) Azərbaycan mədəniyyəti (çətinlikdən qurtarmaq, günəşi çağırmaq) və s. birləşməsindən yaranan bir şənlik törənidir.

Son xəbərlər

İrandakı müharibədə ölənlərin sayı açıqlandı

Premyer Liqa: "Mançester Yunayted" "Çelsi"ni məğlub edib

Naxçıvanda direktor müavini vəfat etdi

Unutqanlıq xəstəliyi, yaddaş zəifliyi nədən olur? – Amneziya

Nazir bürünc medal qazanan cüdoçunu təbrik edib

Emin bütün qonorarını onlara bağışladı

Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir - YENİLƏNİB

“Qalatasaray” qızıl dəyərində 3 xal qazanıb

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BİZİM EVDƏ TURQUT OZAL BÖYÜYÜR - FOTOLAR

LİLPAR CƏMŞİDQIZI : QƏZƏL

Meloni Azərbaycana gələcək

RUHUN SƏSSİZ ETİRAFLARI… - FOTOLAR

Həyatımızı idarə edən hormon - KORTİZOL

Açıq şəraitdə satışa çıxarılan qidalar - Xəstəlik riski yüksəkdir

"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib

Süni intellekt yaddaşı sürətlə pisləşdirir - Şokedici araşdırma

DTX və DSX-dən əməliyyat, saxlanılan var - FOTO

Kəmaləddin Heydərov ilk dəfə yeni müavinlərlə bir arada - FOTO

Bu il kim olacaq? - 36 illik ənənə - FOTOLAR

Mənsur İbrahimli VƏFAT ETDİ - FOTO

"Soyadlarda "ov", "yev"i təmizləsən də, milliləşdirmək mümkün olmur” - Komitə sədri

Cüdoçumuz bürünc medal qazandı - YENİLƏNİB

İran hava məkanını açır

Türkiyədə daha bir məktəb faciəsi - Ölənlər var

Mehriban Əliyeva qızı ilə Antalyada panelə qatıldı - Fotolar

Azərbaycan və Pakistan XİN rəhbərləri təmasların davam etdirilməsi barədə razılığa gəlib

Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar - ŞƏRH

Paşinyan: İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930