Xəbərlər
3.02.2026, 15:00
Hicran Əhmədli : HƏSRƏT QUCAĞI - FOTO
Ayrılıb həsrətin dərd qucağından,
Ata ocağına qona biləydik...
Gəlib evimizin künc-bucağından,
Uşaqlıq çağların yığıb, gedəydik.
Buz tutmuş divarı isti nəfəslə,
Dördümüz yığılıb, tez isidəydik...
Canımdan ayrılan ayrılmaz kəslə,
Ata-anamızı ah eşidəydik.
Ağlayan, sızlayan xatirələrin,
Tutub əllərindən sığal çəkəydik...
Kədərdən doğulan bu sətirlərin,
Gözünü biz silib, gülüş əkəydik.
Fəryadlı əlimin dad harayını,
Buludlar kövrəlib, təmiz yuyaydı...
Ömrümün sökülən gen sarayını,
Dünyamdan gedənlər gəlib, quraydı.
Ata ocağına qona biləydik...
Gəlib evimizin künc-bucağından,
Uşaqlıq çağların yığıb, gedəydik.
Buz tutmuş divarı isti nəfəslə,
Dördümüz yığılıb, tez isidəydik...
Canımdan ayrılan ayrılmaz kəslə,
Ata-anamızı ah eşidəydik.
Ağlayan, sızlayan xatirələrin,
Tutub əllərindən sığal çəkəydik...
Kədərdən doğulan bu sətirlərin,
Gözünü biz silib, gülüş əkəydik.
Fəryadlı əlimin dad harayını,
Buludlar kövrəlib, təmiz yuyaydı...
Ömrümün sökülən gen sarayını,
Dünyamdan gedənlər gəlib, quraydı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















