2025-ci ildə “Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti” 4000-ə yaxın qadına dəstək göstərib

Qadınların təhlükəsizliyi, hüquqlarının qorunması və sosial rifahının gücləndirilməsi istiqamətində “Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti”nə olan müraciətlərin sayı son bir il ərzində əhəmiyyətli dərəcədə artıb. 2024-cü ildə xidmətə 1623 müraciət daxil olduğu halda, 2025-ci ildə bu göstərici 4000-ə yaxın olub. Təxminən 2,5 dəfəlik artım qadınların mövcud dəstək vasitələrinə etimadının gücləndiyini əks etdirir.

Statistikaya əsasən, müraciətlərin əksəriyyəti psixoloji dəstək, zorakılıq halları və hüquqi yardımla bağlı olub. Belə ki, il ərzində qeydə alınan müraciətlərin 1105-i psixoloji dəstəyə, 655-i zorakılıq halları üzrə daxil olub. Zorakılıqla bağlı müraciətlərin əsas hissəsini məişət zorakılığı təşkil etsə də, kiberzorakılıqla bağlı 101 müraciət qeydə alınıb ki, bu da həmin istiqamət üzrə artımı əks etdirir. Eyni zamanda 583 müraciət hüquqi yardıma, 336 boşanma prosesində yaranan çətinliklərə, 267 sosial və maddi rifah məsələlərinə, 257 sığınacaqla təmin olunma, 207 isə təhsil mövzularına aid olub.

Bununla yanaşı, insan alveri ilə bağlı 77 müraciət qeydə alınıb. Bu müraciətlər əsasən evdən qaçma, diləndirilmə, erkən nikah və əməyin istismarı halları ilə bağlı olub. Səhiyyə hüquqları ilə əlaqədar isə 47 müraciət daxil olub.

Müraciətlərin təhlili göstərir ki, qadınlar fiziki, psixoloji, cinsi zorakılıq və etinasızlıq kimi müxtəlif zorakılıq növləri ilə qarşılaşırlar. Bir sıra hallarda müraciətçilər yalnız bir zorakılıq növü ilə qarşılaşsa da, əksər müraciətlərdə bir neçə zorakılıq formasının paralel şəkildə müşahidə olunduğu müəyyən edilib. Bu kontekstdə intiharla bağlı 32 müraciətin qeydə alınması qadınların kompleks və çoxşaxəli dəstəyə ehtiyac duyduğunu açıq şəkildə göstərir.

Bunları nəzərə alaraq 2025-ci il ərzində qadınlara dəstək mexanizmlərinin gücləndirilməsi istiqamətində genişmiqyaslı “Oflayn qadınlar” sosial layihəsi də həyata keçirilib. “Azercell” 25 Noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü və BMT-nin “Narıncı Gün” təşəbbüsü çərçivəsində “Ümidli Gələcək” İctimai Birliyi ilə əməkdaşlıqda bu təşəbbüsü təqdim edib.

Layihənin əsas məqsədi qadınlara qarşı zorakılıq probleminə ictimai diqqəti artırmaq, eyni zamanda çətin həyat şəraitində yaşayan və mövcud dəstək resursları barədə kifayət qədər məlumatı olmayan qadınlar üçün əlçatan və təhlükəsiz müraciət imkanları yaratmaqdır.

Bu çərçivədə istifadəyə verilən oflaynqadinlar.az platforması zorakılıq, psixoloji, iqtisadi və digər hallar zamanı Azərbaycan qanunvericiliyinə uyğun atılmalı addımlar barədə sistemli və etibarlı məlumat təqdim edir. Platforma qadınlara öz hüquqları haqqında məlumat almaq, videomateriallar vasitəsilə ilkin psixoloji və sosial dəstək imkanları ilə tanış olmaq, psixoloji testlərdən keçmək və onlara yardım göstərə biləcək müvafiq qurumlar barədə dolğun informasiya əldə etmək imkanı yaradır.

2025-ci il ərzində həyata keçirilən təşəbbüslər çərçivəsində “Qadınlara Dəstək Xətti” broşürü Meksikanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə ispan dilinə tərcümə olunaraq təqdim edilib.

Qeyd edək ki, “Azercell”in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” 2022–2025-ci illər ərzində ümumilikdə 12 000-çox müraciət qəbul edib.

“Qadın Dəstək Xətti” “Azercell” və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən həyata keçirilir. Qadınların sosial dəstək ekosisteminin genişləndirilməsi “Azercell”in korporativ sosial məsuliyyət strategiyasının əsas prioritetlərindən biri olaraq qalır.

Son xəbərlər

Azərbaycan əhalisinin sayı açıqlanıb

Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib

“Qadın dəstək xətti”nə daxil olan müraciətlərin statistikası açıqlanıb

Hikmət Hacıyev: Azərbaycana qarşı olan qruplaşmalara qrant verənlərin sayı azalıb

Hikmət Hacıyev: Beynəlxalq tədbirlər keçiriləndə Azərbaycana qarşı qarayaxma kampaniyalarına start verilir

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq

"Azərbaycan WUF13 üçün ən uyğun məkanlardan biridir" - Hikmət Hacıyev

Prezident qəbul keçirdi - Fotolar

Rəsul Rza zirvəsi... - FOTO

Sabah Bakıda 25 dərəcə isti olacaq

Sabah bütün pensiyalar tam ödəniləcək

ABŞ daha bir ölkə ilə müharibəyə hazırlaşır

Onlara 271 min reabilitasiya vasitəsi verildi

Xankəndi, Ağdərə və Xocalıda 21 689 hektar ərazi minalardan təmizlənib

Şuşa-Xankəndi kanat yolu nə vaxt istifadəyə veriləcək? - RƏSMİ AÇIQLAMA

Doktorant olmaq istəyənlər üçün sənəd qəbulu başladı

Viral olan görüntüsünün sirrini açıqladı - Fotolar

“Çukur”dan sonra yolları yenidən kəsişdi

İllərdir gizlətdiyi xəstəliyini açıqladı

Kamran Əliyev Qaradağ rayonunda vətəndaşları qəbul edəcək

Azərbaycan neftinin qiyməti 118 dolları keçib

Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib

Kuba Prezidenti ABŞ-nin yeni sanksiyalarını cinayət adlandırıb

Pentaqon ABŞ-Kanada müdafiə şurasının fəaliyyətini dayandırır

WUF13-də iştirak edən dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

Ata qızını öz məzarını qazmağa məcbur edib və öldürüb

ABŞ Rusiya neftinin tədarükünü iyunun 17-dək sanksiya siyahısından çıxarıb

Türkiyədə silahlı hücum: həm həyat yoldaşını, həm də küçədəki adamları öldürdü

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031