“Bakı karlik” adlanan teatrın direktoru, aktyor Natiq Fərzəliyev balacaboy aktyorların üzləşdiyi çətinliklər və yeni teatrın yaranma ideyası barədə AZƏRTAC-a açıqlama verib.

Onun sözlərinə görə, bu teatrı yaratmaq fikri illər əvvəl, sənət yolunun başlanğıcında üzləşdiyi çətinliklərdən qaynaqlanıb. Natiq Fərzəliyev bildirib ki, teatrlara işə düzəlmək istədiyi dövrlərdə tez-tez “aktyor boylu-buxunlu olmalıdır” kimi stereotiplərlə qarşılaşıb, bir çox hallarda isə qapılar üzünə bağlanıb. O vurğulayıb ki, səhnədə əsas meyar aktyorun boyu deyil, obrazı canlandırmaq bacarığı və istedadıdır.

Natiq Fərzəliyev Hüseynağa Atakişiyevin ona göstərdiyi dəstəyi də xatırladıb: “Hüseynağa Atakişiyev mənə ilk dəstək verən insanlardan oldu. Məni öz teatrına dəvət etdi, qapılarını açdı. O günlər yaddaşımdan heç vaxt çıxmır. Tanınandan sonra tamaşalarda iştirakım afişalarda yer alırdı. Bəzən məndən soruşurdular: “Sən niyə öz teatrını yaratmırsan?” mən də düşünürdüm ki, gərək bir fərqlilik edib. Nəsə seçilən, fərqli bir iş görmək istəyirdim”.

Aktyorun sözlərinə görə, ideya son 1-2 ildə daha konkret formaya düşüb: təsadüfən bir çəkiliş meydançasında bugünkü heyətin əsas üzvlərini görüb, onlarla əlaqə saxlayaraq bir araya gətirib.

Hazırda kollektivdə 5-6 balacaboy aktyorun toplandığını deyən N.Fərzəliyev əlavə edib ki, teatra qoşulmaq istəyənlər də var. Bildirib ki, məqsəd bu sahədə istedadlı insanları bir araya gətirmək və onların səhnəyə çıxması üçün imkan yaratmaqdır.

“Teatrda ilk olaraq “Bir gecənin nağılı” adlı tamaşa nümayiş olunacaq. Tamaşa Xalq artisti Vidadi Həsənovun yaratdığı “M” teatrının binasında nümayiş etdiriləcək. Vidadi Həsənovun quruluşçu rejissoru olduğu tamaşada aktyorlardan Ülviyyə Qarayeva və Pərviz Teymurov rol alacaq”, - deyə o əlavə edib.

N.Fərzəliyev Vidadi Həsənovun dəstəyini xüsusi qeyd edərək, premyeranın 2026-cı ilin yanvar ayında nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, teatr bir tamaşa ilə dayanmaq niyyətində deyil və repertuarın janr baxımından rəngarəng olması planlaşdırılır.

O əlavə edib ki, balaca boylu aktyorlardan ibarət teatr Azərbaycanda ilk layihədir: “Belə bir teatrın yaranması həm işsizliyin qarşısını almaq, həm də balacaboy aktyorları eyni səhnəyə toplamaq məqsədi daşıyır. Teatrda yeni əsərlərə quruluş veriləcək, həmin əsərlərdə özüm də rol alacam”.

Son xəbərlər

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Azərbaycana bu iki ölkədən daha çox turist gəlir

Nigar Fərhad saxlanıldı

Azərbaycan üçün şad xəbər: ölkənin yeni “qara qızıl”ı...

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Yaş insanın ürəyinə verilmiş son istifadə tarixi deyil...

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

“Evdə tək”in aktyoru vəfat etdi

Azərbaycan nefti cüzi ucuzlaşıb

FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

SƏMƏD VURĞUN-120

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31