İmtahanlara qanunsuz texniki vasitə keçirməklə bağlı cinayət işi üzrə məhkəmə baxışı başlayıb

Bu il keçirilən buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttiham aktını prokuror Murtuz Bəylərov elan edib.

İttiham aktına münasibət bildirən təqsirləndirilən Kamran Əsədov özünü təqsirli bilmədiyini deyib.

Digər təqsirləndirilən Gündüz Abbasov Cinayət Məcəlləsinin 302-ci maddəsi üzrə özünü təqsirli bilib. O, 308-ci maddə ilə təqsirli olmadığını deyib.

Zərərçəmiş qismində məhkəmədə DİM nümayəndəsi ifadə verib. O, qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları barədə danışıb.

Proses davam edir.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, bu il keçirilən buraxılış və yaz qəbul imtahanlarında imtahan nəticələrinin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün DİM tərəfindən xüsusi araşdırma aparılıb. Nəticədə Gəncə şəhərində keçirilən növbəti qəbul imtahanında bəzi abituriyentlərin üzərində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və istifadəsi müvafiq orqanlar tərəfindən xüsusi icazə əsasında yol verilə bilən texniki vasitələr aşkarlanıb.

17 iyun 2025-ci il tarixində xüsusi yoxlama alqoritmlərinə əsasən nəticələri şübhə doğuran abituriyentlərin, həmçinin üzərlərində texniki vasitələr aşkarlanan abituriyentlərin siyahısı araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

Cinayət işinin materiallarından müəyyən olunur ki, bu iş üzrə kömək edilməsi nəzərdə tutulan abituriyent sayı 11 nəfərdir. Həmin abituriyentlər də şahid qismində ifadə vermiş və öz əməllərini ifadələrində etiraf ediblər.

Xatırladaq ki, cinayət işi araşdırılarkən texniki cihazları yerləşdirmək üçün xüsusi ayaqqabıları hazırlayan pinəçi də istintaqa dəvət olunub və şahid qismində ifadə verib.

İstintaqın gedişi zamanı 29 oktyabr tarixində DİM zərərçəkmiş şəxs kimi tanınmış və istintaq məlumatları təqdim edilib.

İttiham aktı ilə tanış olan zaman hazırda təqsirləndirilən şəxslər Abbasov Gündüz Yaşar oğlu və Əsədov Kamran Alim oğlunun da əməlləri üzə çıxıb. Gündüz Abbasov və Kamran Əsədov qadağan olunmuş texniki cihazlar vasitəsilə DİM tərəfindən keçiriləcək imtahanlardan asanlıqla keçmələrinə kömək göstərilməsi üçün onlara müraciət etmiş müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alıb aralarında bölüblər. Onlar müxtəlif yerlərdə abituriyentlərlə görüşərək texniki cihazlardan istifadə olunma qaydasını izah ediblər.

Bu cihazların yerləşdirilməsi üçün altı qalın idman tipli ayaqqabılardan istifadə olunub. Onların alt hissəsi xüsusi alətlə kəsilərək genişləndirilib. Beləliklə kənardan baxılanda ayaqqabının altlığında kənar əşyaların olmasını girişdə müəyyən etmək mümkün olmayıb.

Həmin abituriyentlər daha sonra sanitar qovşağa gediblər (qaydalara əsasən imtahan başlayana qədər iştirakçıların təbii ehtiyaclarını ödəməsinə imkan yaradılır). Orada onlar qulaqlığı xüsusi çubuq vasitəsilə qulaqlarına, kameranı köynəyin düymə hissəsinə, ötürücü cihazı xüsusi yapışqan vasitəsilə çiyinlərinə, internet paylacı cihazı isə ayaqqabının daban hissəsinə yerləşdiriblər. Daha sonra sinif otağına qayıdıblar və imtahan başlayandan sonra üzərlərində olan kameranı kitabçaya tutmaqla görüntünü qarşı tərəfə ötürüblər. Qarşı tərəf isə öz telefonunda olan xüsusi proqram vasitəsilə görüntüləri canlı şəkildə əldə edib. Cavablar isə üzərində “vip smart” sözləri yazılmış nazik plastik karta oxşayan və üzərində hər hansı düymə və s. olmayan telefona zəng etməklə bildirilib. Belə ki, kartın üzərində olan nömrəyə zəng gəldikdə avtomatik telefon açılır və zəng edən şəxsin səsi eşidilir.

Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilməklə Gündüz Abbasov barəsində məhkəmənin qərarı ilə həbs, Kamran Əsədov barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.
Kamran Əsədovla Gündüz Abbasova bu əməllərinə görə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.

Cinayət işinin başlanmasına səbəb DİM tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edilməsi olub. DTX-dən göndərilən materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb. İstintaq nəticəsində yuxarıda qeyd edilən şəxslərdən əlavə daha bir neçə nəfərə cinayət işi açılıb. Onların da işi hazırda məhkəmədədir.

Son xəbərlər

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Miri Yusifin ailəsindən yeni - Fotosessiya

Bu dəfə rəqibi Həmidə Ömərova oldu - Qalib gəldi - Yenilənib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Şənbə günü 31° isti olacaq

29 məktəbli yanaraq öldü - Konqoda dəhşət

Hacıməmməd Məmmədov : KİŞİLİK NƏDİR? - FOTO

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

Xəstəxanadan çıxan kimi ilk işi atası ilə nərd oynamaq oldu - Foto

Amansız xəstəliklə mübarizə aparır

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Bu ərazilərdə sentyabr pensiyaları ödənildi

Problemlərinizi süni intellektlə uzun müddət müzakirə edirsinizsə... - Psixiatr riskləri sadaladı

Cümşüd Aydəmir : Divanın mübarək,Mövlud Ağamməd!

Yusif Nəğməkar : BİRLƏŞİR

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Həkəri çayına qanunsuz müdaxilə edən şəxs bu şirkətin rəhbəri imiş

“Fənərbaxça” Çempionlar Liqasına xalla başlayıb - YENİLƏNİB

Almaniyada zəlzələ oldu

Beş nəfərin yanaraq öldüyü qəzadan təkcə o sağ çıxdı - Təfərrüat

Vüsalə Sədi Tağızadə : Qalib şəhid atası, çalış, başını dik tut! - FOTO

Hər an ABŞ-yə göndərilə bilərlər - Kral ailəsində qalmaqal böyüyür

Leyla Əliyeva Madriddə qayğıya ehtiyacı olan uşaqlar üçün məktəbdə - Fotolar

Məlahət Behbudqızı : Xatirələr solmur

Azərbaycanda gömrük və qiymətli metallarla bağlı qaydalar dəyişdi

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930