Milli Məclisdə Amnistiya aktının müzakirəsi başlayıb

Parlamentdə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərar layihəsinin müzakirəsi başlayıb.

Plenar iclasda qeyd olunub ki, Azərbaycan suverenliyinin bərpasının, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.

Amnistiya aktına əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Sənədə görə, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.

Azərbaycan Prezidentinin Milli Məclisə təqdim etdiyi Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.

Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Son xəbərlər

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Azərbaycana bu iki ölkədən daha çox turist gəlir

Nigar Fərhad saxlanıldı

Azərbaycan üçün şad xəbər: ölkənin yeni “qara qızıl”ı...

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Yaş insanın ürəyinə verilmiş son istifadə tarixi deyil...

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

“Evdə tək”in aktyoru vəfat etdi

Azərbaycan nefti cüzi ucuzlaşıb

FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

SƏMƏD VURĞUN-120

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

"Kurtlar Vadisi" serialının aktyoru həyatını itirdi

Mahnılarından biri 20 il müddətində zaman kapsulunda qalacaq

Qızıldan don geyindi - Fotolar

Azərbaycanda yeni qayda: Sentyabrın 1-dən ödənişli olacaq – FOTO

111 rəqəmini tez-tez görürsünüz? - Mələklər sizi izləyir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31