
Xəbərlər
14.12.2025, 18:14
Eşqindən ismət almışam - FOTO
Sənə şirin yuxu bəxş eləyib mən
Bir şirin yuxuya həsrət qalmışam.
Taleyin oyunu çaşdırıb məni,
Bilmirəm məhəbbət, nifrət almışam.
Həyat keşməkeşdir, hakim zamandır,
Bəxtimin yolları qardır, dumandır.
Eşqin badəsundən içdiyim andı
Rəbbimə yalvarıb rüsxət almışam.
Gözlərin vüsaldır, sözün ayrılıq,
Ömrümə baltadır uzun ayrılıq.
Bir üzük boyudur bizim ayrılıq,
Adsız barmağına qismət almışam.
Baxma ürkək-ürkək, ay gəlincə yar,
Günəş də saralır ay gəlincə, yar.
Telini sinəmə yay, gəl, incə yar,
Xəliləm, eşqindən ismət almışam.
Bir şirin yuxuya həsrət qalmışam.
Taleyin oyunu çaşdırıb məni,
Bilmirəm məhəbbət, nifrət almışam.
Həyat keşməkeşdir, hakim zamandır,
Bəxtimin yolları qardır, dumandır.
Eşqin badəsundən içdiyim andı
Rəbbimə yalvarıb rüsxət almışam.
Gözlərin vüsaldır, sözün ayrılıq,
Ömrümə baltadır uzun ayrılıq.
Bir üzük boyudur bizim ayrılıq,
Adsız barmağına qismət almışam.
Baxma ürkək-ürkək, ay gəlincə yar,
Günəş də saralır ay gəlincə, yar.
Telini sinəmə yay, gəl, incə yar,
Xəliləm, eşqindən ismət almışam.
X.Mirzə, 09.08.98.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




