Xəbərlər
12.12.2025, 22:44
İmamoğlu bu tarixdə hakim qarşısına çıxarılacaq
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində vəzifəsindən uzaqlaşdırılan sabiq mer Ekrem İmamoğlunun məhkəmə prosesi ilə bağlı tarix açıqlanıb.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, o, gələn ilin 9 mart tarixində hakim qarşısına çıxacaq.
Məlumata görə, istintaq çərçivəsində ümumilikdə 407 təqsirləndirilən şəxs, o cümlədən 105 nəfər həbsdə olan şəxs də eyni gündə məhkəməyə çıxarılacaq.
Xatırladaq ki, İBB ilə bağlı aparılan araşdırma əsasında hazırlanan ittiham aktı noyabrın 25-də məhkəmə tərəfindən qəbul edilib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay