Xəbərlər
10.12.2025, 14:38
Qırx mərasimi. (hekayə) - FOTO
XƏLİL MİRZƏ
...Əhəd həyat yoldaşı Cəmilə xanımla dostu Cabbarın təzə mənzilinə nəzərdə tutulduğundan bir saat əvvəl gəlmişdi. Ancaq “evgördü”yə yox, Cabbarın anasının qırx mərasiminə. Cabbarla illərin dostu olduğu üçün bir az əvvəl gəlməyi, hazırlıq işlərinə əl yetirməyi özünə borc bilmişdi.
Cabbar təzə mənzilinə köçən kimi rayondan valideynlərini gətirmişdi yanına, otaqların birini də vermişdi onlara. Özü də, xanımı Kamilə də qocaların qulluğunda durur, qayğılarını çəkir, nazlarıyla oynayırdılar. Ancaq, yataq xəstəsi olan anası Tamella xanımı həyatda saxlamaq mümkün olmamışdı. Demək ki, “evgördü” mərasimi keçirmək onların qismətində deyilmiş...
Əhəd qonaq otağına girəndə Əzizağa kişi divanda əyləşib planşeti qurdalamaqla məşğul idi. Əhədin necə gəldiyindən belə xəbəri olmadı.
-Əssalamü əleyküm, Əzizağa əmi. Allah rəhmət eləsin, axır qəmüvüz olsun.
Əzizağa kişidən səs çıxmadı, başı bərk qarışmışdı planşetə, nəyəsə çox maraqla baxırdı. Əhəd bir qədər də ucadan salam verib bayaq dediklərini təkrarladı. Kişidən yenə səs çıxmadı. Qonağın ardınca otağa daxil olan Cabbar irəli yeriyib atasının çiynini yüngülcə silkələdi:
-Ay ata! Qonaqlar gəlib ey...
Kişi sanki yuxudan ayıldı. Ani olaraq ətrafı süzüb planşeti ağzı aşağı divanın üstünə atdı. Qalxıb Əhədlə salamlaşdı. Hal-əhvaldan sonra Əhədə yanında yer göstərdi. Əhəd minnətdarlıq edib qadınların toplaşdığı otağa keçdi (hələ ki, təkcə Cəmilə gəlmişdi). Kamilə ilə salamlaşıb hal-əhval tutdu, uşaqları soruşdu.
-Öz otaqlarında dərslərini hazırlayırlar.
Keçib uşaqlarla da görüşdü. Əvvəlcə cəkkiz yaşlı Rahilin hədiyyəsini – tapançasını, sonra da beş yaşlı Züleyxanın “Barbi”sini verib onu qucağına götürdü. Uşaqlarla yaxın dostluq əlaqələri vardı, başları şirin söhbətə elə qarışdı ki, o biri qonaqların gəldiyindən xəbəri olmadı.
...Məclisə gələnlərin nisbətən yaşlısı, Kərbəlayi Teyyub fatəhə verəndən sonra süfrəyə çay gətirdilər. Qonaqlar ordan-burdan söhbət eləyib başlarını qatsalar da, məclisin lazımi axarla getməməsi hiss olunurdu. Hamı ağsaqqalın, Əzizağa kişinin məclisə “ağsaqqallıq” edəcəyini düşürürdü, nəzərlər tez-tez onun üstündə cəmlənirdi. Molla çağırmağı da elə ağsaqqal özü lüzum bilməmişdi. İnsafən, mərhumənin üç-yeddi mərasimi “Mərasim Evi”ndə el adəti üzrə lazımi səviyyədə keçirilmişdi.
-Həə... isrənnəri (sırağı gün) düşmüşdüm həyətə. Dörd divar arasında nə qədər oturum ey, darıxıram axı. Çölə- bayıra öyrəşmiş adamam.
Qonaqlar Əzizağa kişinin sözlərini başları ilə təsdiq elədilər. Hələ sözlə də dəstək verənlər oldu: “Elədir, doğrudur, düz deyirsən ağsaqqal,”- dedilər.
-Gələndə görmüş olarsız, həyətdə balaca bir “besedka” var, oturdum orda.
Hamı maraqla onun söhbətinə diqqət çəkdi. Rayonda azdan-çoxdan tanınmış adam idi axı Əzizağa kişi, uzun müddət rəhbər vəzifələrdə işləmişdi.
-Bir azdan qonşu blokdan bir kişi də gəldi oturdu, başladıq söhbətə. Bir az ordan-burdan danışannan sonra soruşdum ki, neçə yaşın var, ay qonşu. Dedi, 79. Soruşdum ki, arvadun sağdımı, dedi, hə.
Cabbar söhbətin bu yerində başladı yerində qurdalanmağa, bir az boğazını arıtladı, bir az atasının üzünə marıtdadı, xeyri olmadı. Kişi köksünü ötürə-ötürə əhvalatı danışmaqda davam eləyirdi:
-Mənnən 3 yaş böyükdü, amma ki, aravdı da sağdı. Dünən yenə də düşmüşdüm həyətə. Başqası gəldi oturdu, yaşın soruşdum. Neçə olsa yaxşıdır- 82. Kişilər onun da arvadı sappasağ oturub yanındaca...
Cabbar daha dözə bilmədi, ilan vurmuş kimi qıvrıla-qıvrıla durdu ayağa. Yenə boğazını arıtladı, öskürdü, xeyri olmadı. Dişi dodağını yeyə-yeyə çıxdı bayıra. Əhəd də onun arxasınca. Cabbar elə pilləkən qəfəsinə çıxmağıynan siqaret yandırdı, qullab qullab dalınca... Elə bil paravoz tüstüləyir. Əhəd yaxınlaşıb əlini onun çiyninə qoydu.
-Fikir vermə, qardaş. Qoca kişidi, həyacanlıdı, darıxır... Tamella xalanın yoxluğun həzm eləyə bilmir...
-Sən nə danışırsan, ay Əhəd. Kişinin başı xarab olub ey, arvadının qırxı çıxmamış görürsən nələr danışır? Planşet əlinnən düşmür ey. Rahilin planşetidi, alıb uşağın əlinnən bütün günü lüt qızlara baxır.
-Səbirli ol, qardaş. Keçib gedər, müvəqqəti olan şeydi.
-Ay Əhəd, görmədin bəyəm sən gələndə planşetə necə qarışmışdı başı? Məni biabır elədi qonaqların qabağında. İndi mən başıma haranın daşın salım? Qardaş, anamın yasıdı ey, anamın. Əzizağa bəyin 35 illik ömür-gün yoldaşının. Belə şey olar?
Kərbəlayi Teyyubun yaxınlaşdığını görüb səsinin tonunu azaltdı, yenə siqaretə ard-arda qullab vurmağa başladı. Bu dəfə bir az astadan, yenə yanğılı-yanğılı danışdı:
-Sənin tələbə yoldaşın Həsrətin cavan arvadı 4 ildi ki ölüb. Niyə evlənmir?
-Nə bilim vallah, qızından, nəvələrindən utanır.
-Əəə, bə bunun nəvələri yoxdu? Onunku ikidi, bununku beş... Mən bədbəxt oğlu, nağayrım indi, başıma haranın daşın salım? Ayrıca otaq vermişik, Kamilə gecə-gündüz pərvanə kimi fırlanır başına, gündə üç dəfə paltarın dəyişir. İki saatdan bir tumanına batırır ey, ay qardaş. Bunun arvad arzulayan vaxtıdı? Əcəb biabır oldum...
Əhəd dönüb Kərbəlayi Teyyuba işarə elədi ki, Cabbarın yanında olsun. Özü keçdi uşaqların otağına, onlarla nə danışdısa, otaqdan çıxan kimi uşaqların ikisi də başladı zır-zır ağlamağa. Bir az aralı qalmış qapıdan səsləri aydınaca eşidildi. Əhəd qonaqlar oturan otağın qapısını aralayıb içəriyə boylandı. Əzizağa kişi söhbətinə davam eəlyirdi:
-Yanımıza gələn üçüncü qonşunun 86 yaşı vardı. Təsəvvür eləyirsiz? Mənnən düz 10 yaş böyük... kişilər, onun da arvadı sappasağ, qoz kimi. Bircə məndim oların arasında arvadsız...
Əhəd içəri keçib onun sözünü yarımçıq kəsdi:
-Qonaqlardan dönə-dönə üzr istəyirəm. Əmi, ay əmi, nəvələrin səni istəyir ey, planşetnən bir yerdə. Nə qədər eləyirəm, ovundura bilmirəm oları. Dur, gör nağayrırsan...
-son-
10.12.25.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay