Noyabrın 4-ü gecə idi. Yenicə yuxuya getmişdim ki, Elmazı gördüm. Mənə dayanmadan üşüdüyünü deyirdi. Dünyasını dəyişmiş atası ilə nənəsi də yuxuma gəlmişdi. Qəfil yuxudan oyandım. Çox narahat olmuşdum. Həyəcanımı aparmaq üçün su içdim. Yenidən yatmağa çalışsam da səhərə kimi gördüyüm yuxunun təsirindən gözlərimi yuma bilmədim. Dan üzü ağarana yaxın birtəhər mürgülədim. Bu dəfə gördüyüm yuxu daha dəhşətli idi. Elmaz əlində çanta ilə dağıdan aşağı enirdi. Bir ağacın yanına yaxınlaşaraq əyləşir. Buranın hara olduğunu soruşanda dedi ki, ana, bura Laçındır, mən də burada şəhid olmuşam. Elmazın boynu qaralmışdı. Sən demə yuxum həqiqət imiş. Elmaz noyabrın 4-də Laçın istiqamətində gedən qızğın döyüşlər vaxtı boynundan vurularaq şəhid olmuşdu. Onun nəşi 28 gün sonra elə yuxuda gördüyüm yerdən tapıldı...

Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində Vətən müharibəsi şəhidi Elmaz Hacıyevin anası Ziyafət Hacıyeva deyib.

Z.Hacıyeva fikirlərinə belə davam edib: "Elmaz Vətən müharibəsinə könüllü yollananlar sırasında idi. Evdən çıxarkən ailəsini, övladları Elmar və Yağmuru mənə əmanət edib getdi. Füzulidən başlayaraq Laçına kimi döyüşdü. Sonuncu dəfə noyabrın 3-də evə zəng vurmuşdu. Elmarın doğum gününü təbrik etdi. Ondan sonra Elmazdan xəbər ala bilmədik. Elmaz noyabrın 3-dən 4-nə keçən gecə Laçın istiqamətində aparılan hərbi əməliyyatların birində şəhadətə yüksəlib. Biz onun şəhid olduğundan noyabrın 10-da xəbər tutduq. Bir aya yaxın onu axtardıq. Oğlumun nəşi o zaman neytral hesab olunan ərazidə qalmışdı. Dekabrın 1-də elə yuxuda gördüyüm yerdən də tapıldı... Dekabrın 2-də isə onu torpağa tapşırdıq".

Qardaşı Eldənizin sözlərinə görə, döyüş yoldaşları arasında “Qəhrəman” ləqəbi ilə tanınan Elmaz savaş meydanında neçə-neçə yaralı dostunu çiynində daşıyaraq xilas edib. Lakin özü namərd gülləsinə tuş gələrək ən ali zirvəni fəth edib.

"44 günlük Vətən müharibəsi zamanı bir döyüş tapşırığının icrası məqsədilə komandir tabeliyində olan əsgər və zabitlərə üzünü tutaraq, kimin onunla gedə biləcəyini soruşub. Elmaz irəli çıxaraq komandiri ilə sonacan gedə biləcəyini bildirib", - deyə Eldəniz qeyd edib.

Sevdiyi qadını oğluna əmanət edən qəhrəmanımız sonuncu dəfə ailəsi ilə noyabrın 3-də telefonla danışarkən həyat yoldaşı Pünhan Hacıyevaya qayıdacağına söz verib. Əgər qayıtmasam, şəhid olduğum gün namaz qılarsan deyib.

Pünhanın sözlərinə görə, şəhid olacağı sanki Elmazın ürəyinə damıbmış. Hətta onun ağzından "şəhid olub gələcəyəm" kəliməsi də çıxıb. O, şəhid həyat yoldaşının döyüşə yollandığı günü belə xatırlayıb: "Bir gün əvvəl ona gedəcəyi ilə bağlı zəng gəlmişdi. Tezdən oyanıb hazırlaşanda mən yenə ağladım. Elmarı öpərək anan sənə əmanətdir dedi. Bu vaxt gözlərindən süzülən yaş oğlumuzun üzərinə düşdü. Ondan bunun səbəbini soruşanda dedi ki, mənim yoxluğumda o, məni əvəz edəcək. O zaman Elmarın nə demək istədiyini ya anlamamışdım, ya da qəbul etməməyə çalışmışdım. Çünki onun yoxluğunu düşünmək belə, mənim üçün əsl faciə idi. Artıq beş ildir ki, bu nisgillə yaşayıram...

Yadımdadır, bir dəfə Laçından zəng eləmişdi. Dedi ki, Pünhan anangildəyəm. Laçında olduğuna sevinirdi. Gülə-gülə "Görürsən laçınlı qızla evləndim gəlib Laçına da çıxdım" deməsi, müharibənin dəhşətini sezdirməməyə çalışması, addım-addım əldə edilən Qələbənin sevincini bölüşməsi bir ömür boyu təbəssümlə xatırlanacaq davranışlardır. Elmaz bizim üçün həmişə var. Fiziki cəhətdən ayrı düşsək də, ruhən bizimlə olduğunu hiss edirik".

Vətən müharibəsi şəhidi Elmaz Hacıyev "Vətən uğrunda", "Laçının azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", Vətən müharibəsi iştirakçısı" medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Son xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib

Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

"SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ" LAYİHƏSİ BARƏDƏ DÜŞÜNCƏLƏRİM...

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930