Xəbərlər
4.12.2025, 00:59
GECƏNİN SERENADASI - FOTOLAR
Mayisə Əsədulla Əliyeva
Bu şəhərin gecəsi
Ayrı dünya olur.
Qəfil düşən kölgədən
Sanki yıxılır divarları.
Ayrılıqdan, ehtirasdan,
Yaxılır divarları.
İstədim baxım
Gecənin gözünə.
Baxa bilmədim
İçindəykən üzünə.
Elə bil dünya
Başına
Qara çətirin tutub.
Göy yarılıb,
Günəşi udub...
Ehhh, adamlardan gileyli,
Xəzər də uzaqlaşdı.
Sahillər yalqızlaşdı...
İşıq saçan haylı-küylü
Bahalı, bəzəkli karvansara
Qıvrım-qıvrım
Qıvrılıb...
Yola tərəf sıyrılıb...
İşıq düşən
Hər pəncərənin
Arxasında
Bir vüsal qubarı...
Titrədir dörd divarı...
Ehhh, bu şəhərdə
Sevənlərin yox suçu,
Sanki burda dirənib,
Dünyanın zülmət ucu...
Qaranlıq şəhərdə
Uzun qoşa yollar
Uzadıb ayaqlarını,
Yerə sərilib, tapıb dayaqlarını...
...İstədim baxam gecənin gözünə,
Baxa bilmədim içindəykən üzünə...
Ayrı dünya olur.
Qəfil düşən kölgədən
Sanki yıxılır divarları.
Ayrılıqdan, ehtirasdan,
Yaxılır divarları.
İstədim baxım
Gecənin gözünə.
Baxa bilmədim
İçindəykən üzünə.
Elə bil dünya
Başına
Qara çətirin tutub.
Göy yarılıb,
Günəşi udub...
Ehhh, adamlardan gileyli,
Xəzər də uzaqlaşdı.
Sahillər yalqızlaşdı...
İşıq saçan haylı-küylü
Bahalı, bəzəkli karvansara
Qıvrım-qıvrım
Qıvrılıb...
Yola tərəf sıyrılıb...
İşıq düşən
Hər pəncərənin
Arxasında
Bir vüsal qubarı...
Titrədir dörd divarı...
Ehhh, bu şəhərdə
Sevənlərin yox suçu,
Sanki burda dirənib,
Dünyanın zülmət ucu...
Qaranlıq şəhərdə
Uzun qoşa yollar
Uzadıb ayaqlarını,
Yerə sərilib, tapıb dayaqlarını...
...İstədim baxam gecənin gözünə,
Baxa bilmədim içindəykən üzünə...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










