Xəbərlər
12.11.2025, 15:27
ƏZİZƏ AĞAHÜSEYNQIZI : HECALAR GÜL AÇDI - FOTO
Borana düşmüşdü, qara düşmüşdü,
Gəzirdi, özünü tapa bilmirdi.
Vurnuxub, dolaşıb xəyallarımda,
Bircə ağ varağa hopa bilmirdi.
Küsürdü perikən duyğularımdan,
Gedirdi, dönməyi min il olurdu.
Bayaq düşündüyüm gözəl lövhənin,
Gözümün önündə gözü dolurdu.
Sevib oxşayıram misralarımı,
Sonbeşik, ərköyün balam kimidi.
Qəlbimdən süzülüb gələn sözlərim,
Hər biri alınmaz qalam kimidir.
Dolandı dünyanı, gəzdi, qayıtdı,
Ruhum rahatlandı könül bağımda.
Hecalar gül açdı, ətir qoxudu,
Üçuram şeirimin qanadlarında.
Gəzirdi, özünü tapa bilmirdi.
Vurnuxub, dolaşıb xəyallarımda,
Bircə ağ varağa hopa bilmirdi.
Küsürdü perikən duyğularımdan,
Gedirdi, dönməyi min il olurdu.
Bayaq düşündüyüm gözəl lövhənin,
Gözümün önündə gözü dolurdu.
Sevib oxşayıram misralarımı,
Sonbeşik, ərköyün balam kimidi.
Qəlbimdən süzülüb gələn sözlərim,
Hər biri alınmaz qalam kimidir.
Dolandı dünyanı, gəzdi, qayıtdı,
Ruhum rahatlandı könül bağımda.
Hecalar gül açdı, ətir qoxudu,
Üçuram şeirimin qanadlarında.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











