“Moskva NATO-nun Avropa müttəfiqlərinin Rusiyaya qarşı hərbi əməliyyatlara hazırlaşdığını müşahidə edir”.

“Qafqazinfo” rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin iclasında bəyan edib.

Narışkinın sözlərinə görə, onların qarşısında alyansın sürətli reaksiya qüvvələrini mümkün qədər qısa müddətdə zəruri silah və resurslarla təmin etmək vəzifəsi durur: “Avropanın hərbi-sənaye kompleksi istehsalın dəfələrlə artırılması rejiminə keçirilib, müntəzəm olaraq səfərbərlik ssenariləri hazırlanır”.

Rusiya rəsmisi həmçinin bildirib ki, Avropanın əsas problemi həll olunmamış qalır. Bu isə lazımi fiziki hazırlığa və psixoloji dayanıqlığa malik kifayət qədər səfərbərlik ehtiyatını tapmaqla bağlıdır.

“Avropa rəhbərliyinin daha bir baş ağrısı - cəmiyyətdə, xüsusilə gənclər arasında sosial apatiya və hakim elitadan narazılığın geniş yayılması ilə bağlıdır. Brüssel, Paris və Berlin həmçinin Rusiya ilə müharibə başlayacağı təqdirdə ABŞ-nin Vaşinqton müqaviləsinin beşinci maddəsi çərçivəsində öz öhdəliklərini yerinə yetirib-yetirməyəcəyindən narahatdır. Buna görə də Avropa xarici siyasət xidmətinin etiraf etdiyi kimi, ölkəmizə qarşı strateji üstünlük əldə etmək hesablamaları illüziyadan başqa bir şey deyil”, - deyə o əlavə edib.

Son xəbərlər

Hacıməmməd Məmmədov : ZÜMRÜD VƏLİYEVA — ÖMRÜNÜN ŞEİRƏ ÇEVRİLƏN SƏTİRLƏRİ

Rəngli Nepaldan geri qalanlar - Fotolar

Pəncərənin ağzına duzlu su qoyun - Pis enerjilərdən qoruyan İNANC

YADA DÜŞƏN İŞIQLI XATİRƏLƏR

Özbəkistan Prezidenti: Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək

Azərbaycan və Belarus XİN-lərin xətti ilə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsini müzakirə edib

DTX-nin "Bilgəh" İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Kəlbəcərə dolu yağıb

" *İncə fikirlər"* layihəsinin növbəti qonağı

AKİ-nin sədrliyinə seçki konfransının keçiriləcəyi tarix məlum olub

Şəkidə körpüdən yıxılan müəllim öldü - Foto

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Tramp Hörmüzlə bağlı: Bu lənətə gəlmiş boğaz açıqdır

Ukrayna ordusunun Baş Qərargahı Yaroslavlda neftayırma zavoduna hücumu təsdiqləyib

Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək

Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib

"Payızda ulduzlar görünmür" Şirin Mirzəyev və HaciEkber Rustamov

Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

DİN: Vətəndaşlar "uduş", "hədiyyə", "kampaniya" və digər cəlbedici təkliflərə qarşı diqqətli olmalıdırlar

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib

BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr

“Bu adın 400-dən çox yaşı var” - Kanadadan Trampın qərarına etiraz

3 min illik qızıl xəzinə 4 dəqiqəyə oğurlandı

Göy bizim yerimizə hayqıranda...

Anasının ölümünə görə şikayət etdi - Atası həbs olundu

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib

İcra başçısının nümayəndəsi qəfil vəfat etdi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31