
Xəbərlər
18.09.2025, 23:17
SÖZÜN ƏVƏZSİZ DƏYƏRİ və Hicran Əhmədli yaradıcılığı - FOTOLAR
“Dünyada hər kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal-mülk tələf olur gedir, amma söz qalır.”
— Cəlil Məmmədquluzadə
Böyük mütəfəkkirin bu kəlamı sözün insan həyatındakı əvəzsiz yerini göstərir. Söz ruhumuzu zənginləşdirir, iç dünyamızı ifadə edir, yaddaşlarda yaşayır. Biz sözlə tanınır, sözlə hörmət qazanırıq. İnancın, sədaqətin və etibarın əsası da məhz sözdür.
Söz həm saflığın, həm də güclü silahın daşıyıcısıdır. Zavallının dilində acizləşir, şairin qələmində isə sənət əsərinə çevrilir.
30 illik mətbuat təcrübəm, qəzet təsisçisi kimi redaksiyaya gələn hər yazını oxumaq vərdişi məndə diqqətli müşahidə formalaşdırıb. Sosial şəbəkədə də bu vərdiş davam edir. Yazılar arasında bir çox imzalar içində bir İmza mənim üçün xüsusilə seçilir: Hicran Əhmədli.
Bunun iki səbəbi var. Birincisi, onun şeirlərində söz sadəcə ifadə deyil, sənət əsərinə çevrilir. İkincisi, Hicran xanım mənim 30 illik dostumun vətəni — Cəlilabadın Günəşli kəndindən olmasıdır. Bir dəfə o kənddə olanda xətrinə dünyalar qədər istədiyim, sayılıb-seçilən, ziyalılığı ilə rəğbət qazanan hacı Mirkazım ağa söhbət əsnasında onlarında kəndlərindən olan şairimiz Hicran Əhmədli barədə söhbət etdi. O vaxta qədər şeirlərini sevə-sevə izlədiyim Hicran xanımın yaradıcılığına diqqətim bir azda artdı. O gündən yaradıcılığını daha ciddi izlədikcə birinci səbəbdə yanılmadığımı daha yaxşı dərk etdim.
Hicran Əhmədli fədakar, zəhmətkeş və fərqli üslub sahibidir. O, söz xatirinə söz demir; hər misrası qəlbin səsini, duyğunun dərinliyini ifadə edir.
İslam alimi Ataullah İsgəndəri demişdir: “Deyilən hər söz, içindən çıxdığı qəlbin qiyafəsini daşıyır.”
Alman şairi Qöte isə bildirirdi: “Qəlb nə ilə doludursa, dodaqdan süzülüb gələn də odur.”
Buna görə də Hicran Əhmədli şeirlərində qəlbinə dolan gözəllik, dodaqlarından süzülüb müsralarına hopur. Ona görə onun qəlbindən süzülüb gələn hər sözü onun qəlb qiyafəsində daha güclü duyulur. Onun “BİR MƏN DOĞULUR” şeiri bunu daha aydın şəkildə nümayiş etdirir:
Qarşımda ağ vərəq yazıram yenə,
Bu dünya dərdləri ömrümə düzür.
Qələmdir ən yaxın dostum, sirdaşım,
Susqun kəlmələri ürəkdən üzür.
Bu dünya dərdləri ömrümə düzür.
Qələmdir ən yaxın dostum, sirdaşım,
Susqun kəlmələri ürəkdən üzür.
Hər bir insanın içində bir “mən” formalaşır. Şair isə həmin “mən”i ruhunun qəm damlalarından doğulan məsuliyyət kimi təqdim edir:
Şeirlər ruhumun qəm damlasıdır,
Hər daman damladan bir mən doğulur.
Kədərim yüyürür üstümə mənim,
Sonuncu addımda səssiz boğulur.
Hər daman damladan bir mən doğulur.
Kədərim yüyürür üstümə mənim,
Sonuncu addımda səssiz boğulur.
Şairin misralarında kağız şahid olur, göz yaşı ilə yoğrulan kəlmələr isə yeni nəfəs qazanır:
Mənim harayıma şahiddir kağız,
Gözümün yaşıyla misram yoğrulur.
Susmuş sözlərimin dili açılır,
Şeirin ürəyi yanıb, qovrulur.
Gözümün yaşıyla misram yoğrulur.
Susmuş sözlərimin dili açılır,
Şeirin ürəyi yanıb, qovrulur.
Onun kitablarını sanki canlı varlıq kimi təsəvvür etməsi də diqqət çəkir:
Kitablar qarşıma düzülüb, durub,
Deyir günahımız nədir ki, bizim?
Sızlayan, ağlayan əsərlərimin,
Yanında bükülür belim, həm dizim.
Deyir günahımız nədir ki, bizim?
Sızlayan, ağlayan əsərlərimin,
Yanında bükülür belim, həm dizim.
Bu misralar göstərir ki, Hicran Əhmədli üçün söz sadəcə ifadə deyil, həm də həyatın nəfəsi, dərdin, sevincin sirdaşıdır. O, sözün əvəzsiz dəyərini yaradıcılığında yaşadan imzalardandır.
Şair Hicran Əhmədlinin, digər, - "RUHUMUN QAPISIN DÖYÜR" şeirini oxuduqca, gözəl şairimiz Ədalət Qarabuludun şeir haqqında ibratamiz şeiri yadıma düşdü. Ədalət Qarabulud yazır:
Şeir - dua kimidir.
Amma dua dillə deyil,
dil ruhun qapısıdır.
Əsl dua -
şairin gözlərindən süzülən
bir damla işıqdır,
qəlbin dərinliyində
ucalan görünməz səsdir.
Hər şeir Tanrıya deyil,
Tanrının içindən gəlir.
Hər dua göyə yox,
göydən enir.
Amma dua dillə deyil,
dil ruhun qapısıdır.
Əsl dua -
şairin gözlərindən süzülən
bir damla işıqdır,
qəlbin dərinliyində
ucalan görünməz səsdir.
Hər şeir Tanrıya deyil,
Tanrının içindən gəlir.
Hər dua göyə yox,
göydən enir.
Bəli,şair Hicran Əhmədlinin - "Ruhumun qapısını döyür" şeiri də bir duadır, özüdə əsil dua. Saflq, təmizlik, aydınlıq rəmzi olan yağışın ağuşunda ruhuna bələnib getmək istəyən şair duası. Mən bu misraları oxuduqca şairin gözlərindən süzülüb gələn bir damla işığı görürəm.
Bu yağan yağışın mən ağuşuna,
Ruhumu bələyib, getmək istərəm.
Doğma torpağıma cismimi qoyub,
Göylərdə əbədi bitmək istərəm.
Ruhumu bələyib, getmək istərəm.
Doğma torpağıma cismimi qoyub,
Göylərdə əbədi bitmək istərəm.
O, öz insan taleyini bulud taleyinə bənzədir. Amma, buludun dərdi bilinməyən kimi, şairdə öz dərdinin sirrini aça bilmir.
Bulud da özünü bənzədir mənə,
Çağlayır, hönkürür gözün silən yox.
Ağlayır səhərdən o dayanmadan,
Mənimtək onun da dərdin bilən yox.
Çağlayır, hönkürür gözün silən yox.
Ağlayır səhərdən o dayanmadan,
Mənimtək onun da dərdin bilən yox.
Doğurdan da insan olaraq hər birimiz içimizə yığılan istənilən problemi, ağrı, acını bir dərd kimi qabardıb, bir dərdimi bilən yoxdu deyir. Duyğulu insanlarda bu çox həssas baş verir. Misra ya çevriləndə isə, istənilən bənzətməsi təbii alınır. Necə ki, gözəl şairimiz Hicran Əhmədlinin qəlbindən süzülüb gələn dua kimi.
Qatıb qabağına bulud dərdini,
Göylərdən ta yerə ələyir, tökür.
Bu qara donumu öz əlləriylə,
İsladıb əynimdə, əynimdən sökür.
Göylərdən ta yerə ələyir, tökür.
Bu qara donumu öz əlləriylə,
İsladıb əynimdə, əynimdən sökür.
Şair göstərir ki, bulud dərdini qabağına qatıb heç olmasa yağışa çevrilib göylərdən yerə əylənir, dərd yükündən qurtarır, rahatlanır.
Şırıltı səsinə qulaq verəndə,
Gördüm ki, qonaqdır bu gecə mənə.
Yağışlar ruhumun qapısın döyür,
Deyir sən lazımsan elə, Vətənə.
Gördüm ki, qonaqdır bu gecə mənə.
Yağışlar ruhumun qapısın döyür,
Deyir sən lazımsan elə, Vətənə.
Bəli, şair çox gözəl sonluqla şeirini bitirir. Onun elinə, obasına, canı qədər sevdiyi doğma vətənə lazım olduğunu başa düşür. Dərdindən ruhən yüngülləşir.
Hicran Əhmədli yaradıcılığında böyük bir sevgi var. Ruh oxşayan, ürəyə fərəh verən sevgi. Sanki o, şeir yazaraq o sevgisini sözünə, misrasına qatır.
Bunun bariz nümunələrindən biri də “DƏNİZİN QUCAĞINDA” şeiridir. Burada şair öz taleyinin ağrılarını dənizlə söhbətində təsvir edir. Onun bənzətmələri təbii, duyğuları səmimidir.
Uzaqdanmı görünür?
Pərişandır bənizim,
Qucağında dolaşır,
Xəyallarım dənizin.
Pərişandır bənizim,
Qucağında dolaşır,
Xəyallarım dənizin.
Sözün sadəliyi, fikirin aydınlığı, süjet xəttinin bütövlüyü şeiri daha oxunaqlı edir.
Yelkənləri əsdirən,
Fikirlərim əl edir,
Ləpələrə qərq olub,
Sularında tək gedir.
Fikirlərim əl edir,
Ləpələrə qərq olub,
Sularında tək gedir.
Bəli dəniz timsalında öz bəxtilə barışan şairimizə yaradıcılığında təlatümlü uğur arzulayıram.
Mən Xəzərlə qol-boyun,
Susqun-susqun danışdım.
Qollarında çırpınıb,
Yox bəxtimlə barışdım.
Susqun-susqun danışdım.
Qollarında çırpınıb,
Yox bəxtimlə barışdım.
Şair barışdığı tale ağrıları ilə görür ki, qayalarda sakitcə ona baxır. Birdən ah qopdu köksündən gördüm, - "Dərdi daşa əyandı".
Qayalar da sakitcə,
Mənə baxıb dayandı,
Ahlar qopdu köksündən,
Dərdim daşa əyandı.
Mənə baxıb dayandı,
Ahlar qopdu köksündən,
Dərdim daşa əyandı.
Bu bir şair ruhunun sözdə görüntüsüdür ki, Hicran Əhmədli özünəməxsus oxucusuna çatdıra bilir.
Qağayılar qıy vurub,
Səssiz olan sözümü,
Basdırdıqca anladım,
Məndə olan dözümü.
Səssiz olan sözümü,
Basdırdıqca anladım,
Məndə olan dözümü.
Böyük mütəfəkkir Məhəmməd Füzuli deyir ki, - "Söz mənadan aslıdır, məna sözdən hər zaman,
Bir birindən aslıdır, necə ki, cism ilə can".
Hicran Əhmədlinin yaradıcılığı da bu hikmətin bariz nümunəsidir. Onun misralarında sözlə məna, cism ilə can kimi bir-birinə qarışır, bir-birini tamamlayır.
Bu yolda dəyərli şairimizə uğurlar diləyib, uca Yaradandan sağlam can sağlığı, uzun ömür, sevincli günlər arzulayıram.
P. S. Hicran xanım həm də çox gözəl və fəal ictimayətçidi. Bütün görüş və tədbirlərdə fəaliyyəti yüksək səviyyədədi. Bu onun sözə, sənətə bağlılığının bir nümunəsidir...
Hörmətlə və səmimiyyətlə,
Elxas Comərd,
Şair-publisist,
AYB-nin üzvü.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






























