Danimarkanın “POV International” nəşrində Azərbaycanın İsveç, Danimarka, Finlandiya və Norveçdəki səfiri Zaur Əhmədovun Cənubi Qafqazda sülh irəliləyişi barədə məqaləsi dərc edilib.

Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, diplomat 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton sammitinin tarixi əhəmiyyətini vurğulayıb. Həmin sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Respublikasının Baş nazirinin Vaşinqton görüşünə dair Birgə Bəyannaməni imzalayıblar.

Z.Əhmədovun sözlərinə görə, Vaşinqton görüşü yeni siyasi reallığa yol açıb. Tərəflər hərtərəfli sülh sazişinin imzalanmasına və ratifikasiyasına hazır olduqlarını təsdiq ediblər ki, bu da Ermənistanın konstitusiyasına dəyişiklik etməsini və ərazi iddialarından imtina etməsini tələb edəcək. Bundan əlavə, aktuallığını itirdiyi üçün ATƏT-in Minsk prosesinin bağlanması barədə qərar qəbul olunub.

Ən mühüm nəticələrdən biri nəqliyyat və kommunikasiya əlaqələrinin açılması, o cümlədən “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”nun (TRIPP) yaradılması barədə razılaşma olub. Marşrut Azərbaycanın əsas hissəsini Ermənistan ərazisi vasitəsilə Naxçıvanla birləşdirəcək. Orta Dəhlizin bir hissəsi olan bu layihə Qafqazı Türkiyə, Avropa və Avrasiya ilə birləşdirmək, ticarəti gücləndirmək və sərhədin hər iki tərəfində yeni iş yerləri yaratmaq potensialına malikdir.

Azərbaycan səfiri qeyd edib ki, “Maersk” də daxil olmaqla, Danimarka və Avropanın iri şirkətləri artıq yeni marşruta maraq göstərirlər. Onun sözlərinə görə, bu layihə həm də Danimarkanın Avropa İttifaqına sədrliyi və qarşıda gələn Kopenhagendə keçiriləcək “European Political Community” (Avropa Siyasi Birliyi) sammiti üçün xüsusi əhəmiyyət daşıyır.

“Sabit və sülh şəraitində olan Cənubi Qafqaz şübhəsiz ki, Avropa İttifaqının şərq qonşuluğunu gücləndirəcək”, – deyə diplomat yekunlaşdırıb.

Son xəbərlər

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

ƏDƏBİYYATIN SƏRHƏDSİZ COĞRAFİYASI

Bu gün İsmayıl bəy Qutqaşınlının anım günüdür - FOTO

Xalq artisti Alim Qasımovun doğum günüdür

Bu araqlar saxta imiş - FOTOLAR

Sabah 37 dərəcə isti olacaq

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Bu gün dənizə gedənlərin nəzərinə!

Avqust pensiyaları ödənildi

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR

Sabahdan metroda dəyişiklik: "Nizami" və "28 May" arasında qatar olmayacaq

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Rusiya Sumı, Dnepropetrovsk, Xarkov və Zaporojyeyə zərbələr endirib: ölənlər və yaralananlar var

Azərbaycan neftinin qiyməti 94 dollardan aşağı düşüb

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Kluj-Napoka şəhəri arasında əlaqələrin qurulması müzakirə olunub

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə bu gün start verilir

Bakıda yalnız üç istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

Payız üçün ən dəbli saç rəngi açıqlandı

Yeni kəşfiyyat orqanı yaradacaqlar

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31