Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın Şəhəri Günü üçüncü dəfə təntənə ilə qeyd olunub.

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, Şəhəri Günü ilə əlaqədar Həkəri çayının sahilində qurulmuş səhnədə Azərbaycanın tanınmış incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub.


Konserti Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, doğma yurda qayıdan sakinlər, eləcə də bu il "MDB-nin mədəniyyət paytaxtı" missiyasını yerinə yetirən Laçında təşkil edilən “MDB ölkələrinin Gənclər Düşərgəsi”nin Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan olan iştirakçıları izləyiblər.

Konsert proqramı Fəxri Kazım Nicatın ifasında Elza İbrahimovanın “Ey Vətən” mahnısı ilə başlanıb. Sonra müğənnilər Vəfa Vəzirova Ələkbər Tağıyevin “Azərbaycan qızıyam”, Aygün Şükürova Rabil Səfərlinin “O qədər dəyərlisən”, Humay Aslanova Tofiq Quliyevin “Xalqımın günləri”, Əməkdar artist Ehtiram Hüseynov və "Laçın" muğam qrupu Məhəbbət Kazımovun “Laçınım”, Əməkdar artistlər Almaz Orucova T.Quliyevin “Azərbaycana gəlsin”, Fehruz Səxavət Əlibaba Məmmədovun “Xudayar təsnifi”, Elza Seyidcahan “Laçının dağlarında” mahnılarını ifa ediblər. Elvin Axundov isə “Aşıq havası”nı səsləndirib.

Bayram konsertinə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı da öz töhfəsini verib. Kollektiv Üzeyir Hacıbəylinin “Cəngi” əsərini, “Ay Ləli” xalq mahnısı və “Yallı” xalq rəqsini ifa edib.

Konsert proqramı Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların ifasında Cavanşir Quliyevin “Bura Vətəndir” və Rauf Məmmədovun “Yaşa mənim xalqım” mahnıları ilə başa çatıb.

Bütün ifalar tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Qeyd edək ki, 26 avqust - Laçın Şəhəri Günü Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təqvimimizə yazılıb.


















Son xəbərlər

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31