Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə birgə təşkil etdiyi “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr edilən II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimi olub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, Forumun mövzusu - “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” özünü sözün əsl mənasında doğrultdu. İştirakçıların fikirləri, enerjisi bir daha göstərdi ki, gənclər sülhün davamlılığında, müxtəlifliyin təşviqində, xalqlar, mədəniyyətlər, dinlər arasında qarşılıqlı hörmətin möhkəmləndirilməsində əvəzolunmaz rola malikdirlər. Forum müddətində iştirakçılar Bakı, Xankəndi və Şuşada bir araya gələrək faydalı müzakirələr apardılar, müxtəlif baxış bucaqlarını bölüşdülər və bir daha əmin olduq ki, gənclər yalnız gələcəkdə deyil, həm də bu gün multikultural dünyada sülh quruculuğunun əsas qüvvəsidir. Forumun Bakı ilə yanaşı Xankəndidə və mədəniyyət beşiyimiz Şuşada keçirilməsi sülhün davamlılığını, bu ərazilərdə birgəyaşayışın yenidən qurulması zərurətini simvolizə edir.

“Qürur hissi ilə deyə bilərik ki, bu Forum vasitəsilə dünyanın müxtəlif guşələrindən gəlmiş gənclər multikulturalizmin Azərbaycan nümunəsini yaxından gördülər. Onlar şahid oldular ki, burada multikulturalizm sadəcə bir şüar deyil, dövlət siyasəti, gündəlik həyat tərzi və birgəyaşayış fəlsəfəsidir,” – deyə Rəvan Həsənov vurğulayıb.

İcraçı direktor diqqətə çatdırıb ki, dünya bu gün dözümsüzlük, radikalizm, ksenofobiya və mədəniyyətlərarası anlaşılmazlıqlar kimi ciddi çağırışlarla üz-üzədir. Ancaq belə forumlar göstərir ki, gənclər ədalətli, inklüziv və sülhpərvər gələcəyə aparan yolun önündə getməyə qadirdirlər.

Gənclər və idman naziri Fərid Qayıbov gənclərin Azərbaycan hökuməti üçün əhəmiyyətindən bəhs edib. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər üçün müxtəlif səpkili tədbirlər keçirildiyini diqqətə çatdırıb.

O qeyd edib ki, bir neçə gün ərzində forum iştirakçıları ölkəmiz haqqında dolğun məlumatlar əldə etdilər.

ICESCO-nun Bakı regional ofisinin direktorunun müavini Məryəm Qafarzadə deyib ki, mədəniyyətlərarası dialoqun və sülhün təşviqinə sadiqlik ruhlandırıcı və təqdirəlayiq haldır. Gənclərin enerjisi və dərin bağlılığı bu toplantını mənalı və təsirli hadisəyə çevirdi.

"Sülh, sadəcə, bir anlayış deyil. O İslamda dərin kök salmış əsas dəyərdir və ISESCO-nun missiyasının mərkəzi sütunudur. ISESCO uzun müddətdir sülh, təhsil və mədəniyyətlərarası dialoqun müdafiəçisidir. Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstana xidmət edən Bakıdakı regional ofisimiz əməkdaşlığa, mədəni mübadilə və barışığa təkan verən proqram və təşəbbüslərin həyata keçirilməsində fəal iştirak edir.

Bakı, Xankəndi və Şuşada keçirilən bu Forum gəncliyin, birliyin və ümumi dəyərlərin gücünün sübutudur. Bu, həqiqətən də, təkcə iştirak baxımından deyil, həm də söhbətlərin dərinliyi, əməkdaşlıq ruhu və hər birinizin nümayiş etdirdiyi sülhə səmimi sadiqlik baxımından böyük uğurdur",- deyə M. Qafarzadə vurğulayıb.

Nordik Münaqişələrin Transformasiyası Mərkəzinin direktoru Noufal Abboud və Stirlinq Fondunun regional direktoru Mohamed Dahab Forumun əhəmiyyətinə toxunaraq, tədbirin gənclər üçün faydalı olduğunu bildiriblər. Onlar gənclərin müxtəlif ölkələrindən olmasına baxmayaraq, müxtəlifliyin problem yox, əslində həll olduğunu diqqətə çatdırıblar.

Çıxışçılar bu cür faydalı forumu reallaşdırdığına və onlara göstərilən münasibətə görə Azərbaycan hökumətinə təşəkkür ediblər.

Sonda forum iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub.

“Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr olunan II Beynəlxalq Multikulturalizm Gənclər Forumuna avqustun 22-də start verilib. Bakı, Şuşa və Xankəndi şəhərlərində keçirilən Foruma dünyanın 50-dən çox ölkəsindən 70-dək iştirakçı qatılıb. İştirakçılar Fəxri xiyabanı, Şəhidlər xiyabanını, Heydər məscidini və Tolerantlıq Evini ziyarət ediblər. Forum iştirakçıları üçün ICESCO və onun Bakı Regional Ofisinin rəhbərliyi, Afrika İttifaqının Afrika Miqrasiya Müşahidə Mərkəzi və Nordik Münaqişələrin Transformasiyası Mərkəzinin tərəfdaşlığı ilə “Müxtəlifliyin gücü: Gənclər sülh və qarşılıqlı anlaşmanın hərəkətverici qüvvəsi kimi” mövzusunda seminar keçirilib.

İştirakçılar Xankəndi şəhərində aparılan abadlıq-quruculuq işləri ilə tanış olublar. Onlar BBMM-in şöbə müdiri İrina Kuninanın “Azərbaycan multikulturalizm modelinin xüsusiyyətləri”, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyevin isə “Bakının sülh diplomatiyası: beynəlxalq hüquqda qayıdış hüququ və Azərbaycan konteksti” mövzusunda mühazirələrini dinləyiblər.

Forum çərçivəsində iştirakçılar “Müasir konfliktlər zamanı sülhün bərpasında dinin rolu” mövzusunda müzakirələr aparıb, həmçinin “Öz xalqını təqdim et” musiqili axşamlarda öz ölkələrinin mədəniyyətlərini təqdim ediblər. Şuşaya ekskursiya zamanı şəhərin tarixi və mədəni abidələri ilə tanış olublar. Onlar Natəvanın evi, Bülbülün ev-muzeyi, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi, Vaqifin məqbərəsi və Cıdır düzündə olublar. Ekskursiya zamanı iştirakçılara işğaldan sonrakı bərpa və yenidənqurma işləri barədə məlumat verilib.




Son xəbərlər

Aygün Kazımovanın səhhəti pisləşdi - Konserti təxirə salındı

Ramal İsayev tanınmış influenserlərlə müqavilə bağladı - Fotolar

Sabirabadda yazıçı Pünhan Şükürün yeni kitablarının təqdimatı keçirilib - FOTOLAR

Muğamın dövlət himayəsi və milli missiyası: Sabir Abdullayev Mehriban Əliyevanın mədəni təşəbbüslərini dəyərləndirir

Sənubər Səhər : Bizi idarə edən özümüz... - FOTO

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - Fotolar

Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb

Kütləvi məzarlıqlar və mina terroru: Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirmir - ŞƏRH

Emin Əmrullayev Qaxda vətəndaşları qəbul edəcək

Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Prezidentin köməkçisi: Qafqaz regionunda yeni status-kvo formalaşır

Sabirabadda Kür çayı məcrasından çıxıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

Əraqçi: ABŞ-nin Yaxın Şərqdəki faktiki hərbi xərcləri rəsmi rəqəmləri əhəmiyyətli dərəcədə üstələyir

Dövlət vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət sayılacaq

Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib

Ölkədə bu ənənə ləğv EDİLİR?

Estetiklə Pınar Altuğa bənzədi - FOTO

Məşhur aktyor borc batağında

Devrim onunla sevgilidir? - Foto

Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiya dəyişikliklər ratifikasiya olunub

İcbari Sığorta Bürosu: Birinci rübdə 139 min manat kompensasiya ödənilib

Milli Məclis Avropa Parlamenti ilə bağlı qərar qəbul edəcək

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Əhməd İsmayılov: Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən gəlməyə imkan verir

Azərbaycan nefti cüzi ucuzlaşıb

"Sabah" son 18 mövsümdə Azərbaycanda ilk çempionluğunu yaşayan yeganə komandadır

Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031