
Xəbərlər
11.08.2025, 22:59
BRİLYANT QURBANOVA : Atəş kimi tab gətirməz dözüm də - FOTO
Dözüm də.
Yazılmaqdan bülbül, gül də bezibdi,
Dönüb bir az dərdinizdən yazın də...
Çox oxunub, dildə qabar düzübdü,
Sözlərini bir dəyişin sazın də...
Dərdi varsa gülməz üzü torpağın,
Ölsə bağban, çaşar əlfi hər bağın,
Cəmiyyətə bəla olan "qundağın",
Göz açmamış məzarını qazın də...
Tutmaz canın nə dərd-bəla,nə qada,
Gər çağırsan bir Allahı imdada,
Namərdliyin donun geyən dünyada
Atəş kimi tab gətirməz dözüm də.
Dönüb bir az dərdinizdən yazın də...
Çox oxunub, dildə qabar düzübdü,
Sözlərini bir dəyişin sazın də...
Dərdi varsa gülməz üzü torpağın,
Ölsə bağban, çaşar əlfi hər bağın,
Cəmiyyətə bəla olan "qundağın",
Göz açmamış məzarını qazın də...
Tutmaz canın nə dərd-bəla,nə qada,
Gər çağırsan bir Allahı imdada,
Namərdliyin donun geyən dünyada
Atəş kimi tab gətirməz dözüm də.
11. 08.2025.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




