Xəbərlər
8.08.2025, 03:57
MƏHƏMMƏD NƏRİMANOĞLU : “...Bu gecə də yuxuma gəlmişdi Yusif...FOTO
Yenə həmişəki kimi, şən idi: deyib-gülür, arabir də zarafatından qalmır, hər kəsi güldürməyə çalışırdı. Ancaq kimin üzünə baxırdısa, məyus, gözüyaşlı görürdü. Heç kim dinib-danışmır, sakitcə onun üzünə baxırdı. Hər kəsin üzündən hüzr yağır, bir qara sükut hökm sürürdü...Yusif isə hər kəsi güldürmək istəyir, birdən həmişəki kimi, ciddiləşib deyir:
-Sizə nə olub, heç kim mənnən danışmaq istəmir?! İbrahim dayı, mən bir şey anlamıram: sən niyə ağlayırsan, bunlar niyə belə baxır mənə, nə olub axı?! İlya əmim niyə bu gündədi? Hikmətə bax ey, o niyə ürəyini tutub yıxılıb? Yoxsa anama... yoox. Yox, anam odur orda, amma, o da məndən küsüb yəqin, dillənmir. Həə, yadıma düşdü. Axı, mən yoldan zəng edib tapşırdım ki, ac gəlirəm, yemək hazırlayın. Mən də... Nə edim, “ayağım daşa ilişdi”, yolum dəyişdi... Heç bilmədim ki, bu nə işdi... Hə, danış, İbrahim dayı, bax, gəlmişəm, nolar, mənnən barış.
Hə, elə yuxunun o zəhrimar yerində səs gəldi. Anan Məlahət idi:
-Yox, qorxma, bala, mənəm, anan, Yusif, mən burdayam, gəl evimizə, orda niyə qalmısan? Evimizin yolunu nə tez unutdun?
Asəfin səsi gələndə dayandın, geri boylandın və dedin:
-Yox, gəlmə, gəlmə, gəlmə! Mən getdim, uşaqlardan, ata-anadan muğayat ol, qaqa...
Yusif dalınca gəlincə sən gecənin qaranlığında itib-getdin. Asəf çağıra-çağıra qaldı:
-Yuska, dayan, sənə sözüm var, ayaq saxla! Ayə, yaralanmısan, dayan, yaranı sarıyım, hara gedirsən?! Ayə, mənəm ey, qardaşın Asəfdi. Məni, Hikməti hara qoyursan?!
-Yox, yox, gəlmə, qaqa, tələsirəm, gözləyirlər məni. Nə varsa Ibrahim dayıya demişəm. O, sizə hər şeyi anladacaq…
-Yusiiiiiiiiifff!
Bu səsimə yuxudan dik atıldım. Aman Allah, çin olardı bu yuxu - Yusif gəlmişdi...
Amma elə tələsik getdi... Çönüb bizə baxmadı, yəqin incidi bizdən - heç birimiz onun zarafatına, sevincinə şərik ola bilmədik, hər birimizi ağlar gördü axı…
Asəfə deyəcəyi bir-riki kəlməni güclə eşidə bildim:

Elə de ki, bəlkə yaram sağala,
Ağı demə, bir layla de balana.
Ağı demə, bir layla de balana.
Amma elə tələsik getdi... Çönüb bizə baxmadı, yəqin incidi bizdən - heç birimiz onun zarafatına, sevincinə şərik ola bilmədik, hər birimizi ağlar gördü axı…
Asəfə deyəcəyi bir-riki kəlməni güclə eşidə bildim:
Nə yaman bəd gəldi amansız əcəl,-
Qoymadı açmağa gözümü, qardaş?!
Bu son nəfəsimdə deyə bilmədim,
Sənə deyiləsi sözümü, qardaş!
Girmişdi Əzrayıl yəqin qəsdimə,
Göndərdi bir namərd, zalım üstümə.
Sən yetə bilmədin "son nəfəsimə"
Qoruya bilmədim özümü, qardaş!
Ağlama, sızlama küncdə, bucaqda,
Atama dayaq ol, pir ol ocaqda.
Əzizlə Turalı, saxla qucaqda,
İtirmə həyatda izimi, qardaş!
Vüsala əmi ol, Hikmətə qardaş,
Sözdə, əməldə də siz olun sirdaş.
Axmasın gözündən bir də qanlı yaş,
Bax, səndən döndərər üzümü, qardaş!
Anam, atam, inanmıram kiriyə,
Yerim dardı, dönəmmirəm geriyə.
Bir də çətin ayaq aça, yeriyə,
Bir namərd qırıbdı dizimi, qardaş!
Əliş əmim bu yoxluğa dözərmi,
Əli əmim əlin məndən üzərmi?!
Sadiq dostlar toyda mənsiz süzərmi,
Kim yazdı bu "qara yazını", qardaş?!
Anam çəksin tellərimi "sığala",
Dərdi-sərim onda bir az dağıla.
Layla desə, bəlkə yaram sağala,
İtirdim taqəti, dözümü, qardaş...
Qoymadı açmağa gözümü, qardaş?!
Bu son nəfəsimdə deyə bilmədim,
Sənə deyiləsi sözümü, qardaş!
Girmişdi Əzrayıl yəqin qəsdimə,
Göndərdi bir namərd, zalım üstümə.
Sən yetə bilmədin "son nəfəsimə"
Qoruya bilmədim özümü, qardaş!
Ağlama, sızlama küncdə, bucaqda,
Atama dayaq ol, pir ol ocaqda.
Əzizlə Turalı, saxla qucaqda,
İtirmə həyatda izimi, qardaş!
Vüsala əmi ol, Hikmətə qardaş,
Sözdə, əməldə də siz olun sirdaş.
Axmasın gözündən bir də qanlı yaş,
Bax, səndən döndərər üzümü, qardaş!
Anam, atam, inanmıram kiriyə,
Yerim dardı, dönəmmirəm geriyə.
Bir də çətin ayaq aça, yeriyə,
Bir namərd qırıbdı dizimi, qardaş!
Əliş əmim bu yoxluğa dözərmi,
Əli əmim əlin məndən üzərmi?!
Sadiq dostlar toyda mənsiz süzərmi,
Kim yazdı bu "qara yazını", qardaş?!
Anam çəksin tellərimi "sığala",
Dərdi-sərim onda bir az dağıla.
Layla desə, bəlkə yaram sağala,
İtirdim taqəti, dözümü, qardaş...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay