Bu gün “Araz-Naxçıvan” Konfrans Liqasının təsnifat mərhələsində III turun ilk oyununu keçirib. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Kiprin “Omoniya” komandası ilə qarşılaşıb. Matç təmsilçimizin 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

“Ağır oyun alındı. Düşünürdük ki, komanda olaraq müqavimət göstərə bilərik. Bilirdik ki, rəqib təcrübəlidir. Zəif oynadıq. Qəbul etmək lazımdır. Bu tip oyunlarda bu sayda səhvlər nəticəsiz qalmır. Komanda olaraq, bəlkə də düzgün yanaşıb, davam etmək lazımdır”.

- Bu nəticəni nəyə bağlayırsız?

- Cavabın üstündə İqor Ribeyrodan yenə soruşacaqsız. O, “Neftçi”nin futbolçusudur. Bizim üçün Ribeyro məsələsi bitib. Zəif oynadıq. Sırf müdafiəçilər yox, müdafiə planında axsayırdıq.

-“Omoniya”nın hücum gücünü keyfiyyətli olmasına baxmayaraq, “Araz-Naxçıvan” hücum futbolu oynadı. Bir az müdafiədən oynasaydız, nəticə fərqli olardı?

- Futbolda bir az olmur. Futbolda yanaşma var. İlk gündən bu komandanı daha çox hücumda görmək istəyirəm. Bu oyuna hazırlıq da sırf ancaq hücum edəcəyik deyildi. Komandanı iki fazada hazırlamışdıq. Amma alınmadı.

- Fasilədə oyunçulara nə dediz?

- Bəzən onu da qəbul etmək lazımdır ki, istəyirsən, amma alındıra bilmirsən. Bu elə oyunlardan biri idi ki, nə dəyişiklik etsək də, komandaya vermək istəsək də, birinci hissə ikinci hissədən seçilmədi. Komanda olaraq uduzmuşuq. Bunu qəbul etmək lazımdır.

- Bolinin zədəsi nə dərəcədə ciddidir?

- Zədəsi o qədər də ciddi deyil.

- Patrik Andrade və Felipe Santosun daha çox fərdi oyuna üstünlük verdilər sizcə?

- Yaxşı sual verdiniz. Müasir futbolda daha çox fərdi keyfiyyətlərə də önəm verirlər. O futbolçuların əlindən ala bilmərəm. Özgüvəni varsa, rəqibi keçmək də istəyəcək. Sırf Felipe və Andradenin individual hərəkətləri də nəticəyə təsir etmədi.

- “Omoniya”dan qorxdunuz deyə belə oldu?

- Qorxu yox idi. Bilirdik ki, qarşımızdakı rəqib təcrübəlidir. Bəzən hazırlaşırsan, amma başqa sürprizlər olur. Komanda olaraq ardıcıl qollar buraxandan sonra oyuna qayıtmaqda çətinlik çəkdik. Bu da futbolçularımın zəif çıxışıdır, yox. Sadəcə bəzən istəyirsən, o da alınmır. Normal qəbul etmək lazımdır.

- Demək olar ki, avrokubok sizin üçün bitdi. Komandanı toparlamaq nə dərəcədə realdır?

- Biz işimizi sosial şəbəkə üzərində qurmuruq. Hər bir insan sərbəstdir, öz fikrini bildirir. Birinci oyunqabağı da sual verirdilər ki, başlamamış, bitiblər. Amma komanda olaraq sakitləşib, səfər oyununa hazırlaşacağıq.

Son xəbərlər

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Gəncədə domino oynayarkən başlayan dava ölümlə bitdi

Ən yüksək sosial yardımı onlar alır - SİYAHI

Bloger "vəziyyət ağırdır" deyib üsyan etdi

"Queen"in üzvü vəfat etdi

Tərəf müqabili oldular

SÖZÜN İKİ ÜZÜ, İNSANIN BİR ÜZÜ - FOTO

PÜSTƏ RƏVAN : GƏLİN APARIN - FOTO

İRADƏNİN "OBYEKTİV"İ VƏ DÜNYANIN SUBYEKTİV DƏRDİ

977-ni aşırdın, 1000-ə nə qaldı?...

Portuqaliyalı voleybolçu: Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 bürünc medal qazanıb

Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır - ŞƏRH

Daha bir məşhur sima "A.B.İ"də - FOTO

“Ana-oğul” arasındakı 9 yaş fərqi müzakirə yaratdı - Foto

14 ildən sonra eyni serialda rol alacaqlar

Tətildən şəkil paylaşmayın - Süni intellekt yerinizi ələ verir

Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi

DİN-də işləmək istəyənlərin nəzərinə

Bağlanan universitetin tələbələri ilə bağlı rəsmi açıqlama

Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

Paşinyanın "Dördüncü Respublika"sı: Ermənistanın gələcəyi Bakı və Ankara ilə bağlıdır - ŞƏRH

İlham Əliyev Azərbaycanla Türkmənistan arasında iqtisadi əməkdaşlıq sazişini təsdiqləyib

İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Avqust ayının pensiya ödənişləri yekunlaşıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31