İqlim dəyişikliyinin yeniyetmələr, xüsusilə də qızlarda yaratdığı psixoloji təsirlər öyrənilib.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, bu tədqiqat ilk genişmiqyaslı araşdırmadır. Banqladeşdə 1000-dən çox yeniyetmə ilə sorğu keçirilib, daşqınlara məruz qalan Barisal və daha sabit olan Dəkkə şəhərlərində qruplar təşkil edilib. Daşqın riski yüksək olan Barisaldakı yeniyetmələrdə təşviş əlamətləri iki dəfə, depressiya əlamətləri isə üç dəfə çox müşahidə olunub. Qızlar arasında məişət stresi və zorakılıqla bağlı narahatlıqlar artır. İqlim qorxusu yeniyetmələrin gündəlik rifahına və gələcəklə bağlı planlarına mənfi təsir göstərir. Müşahidələrə görə, daimi stres şəraitində ailələr uzunmüddətli planlaşdırma əvəzinə yalnız qısamüddətli tədbirlərə yönəlirlər. Gənclər iqlim hadisələrinin ailə gəlirlərinə vurduğu zərər səbəbindən təhsil və karyera planlarını unudur, nəticədə isə fatalizm, erkən nikah və emosional gərginliklə üzləşdiklərini bildiriblər.

Araşdırmanın müəlliflərindən olan Liza Qoldberq bu tapıntıların iqlim dəyişikliyindən ən çox təsirlənən gənclərin, xüsusən də qızların psixoloji vəziyyətinə dair nadir və vacib məlumatlar təqdim etdiyini vurğulayıb. Tədqiqatın nəticələri psixi sağlamlıq problemlərinin cəmiyyətin iqlim dəyişikliyinə uyğunlaşma qabiliyyətinə mane olduğunu göstərir. Qeyd olunur ki, gənclərin gələcəklə bağlı plan qura bilməməsi, bütövlükdə cəmiyyətin dayanıqlılığını təhlükə altına alır. Bu tədqiqat iqlim dəyişikliyinin təkcə fiziki və iqtisadi deyil, həm də ciddi psixoloji nəticələr doğurduğunu və bu təsirlərin qiymətləndirilməsi ilə bağlı daha dərin və davamlı araşdırmalara ehtiyac olduğunu ortaya qoyur.

Son xəbərlər

Azərbaycana bu iki ölkədən daha çox turist gəlir

Nigar Fərhad saxlanıldı

Azərbaycan üçün şad xəbər: ölkənin yeni “qara qızıl”ı...

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Yaş insanın ürəyinə verilmiş son istifadə tarixi deyil...

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

“Evdə tək”in aktyoru vəfat etdi

Azərbaycan nefti cüzi ucuzlaşıb

FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

SƏMƏD VURĞUN-120

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

"Kurtlar Vadisi" serialının aktyoru həyatını itirdi

Mahnılarından biri 20 il müddətində zaman kapsulunda qalacaq

Qızıldan don geyindi - Fotolar

Azərbaycanda yeni qayda: Sentyabrın 1-dən ödənişli olacaq – FOTO

111 rəqəmini tez-tez görürsünüz? - Mələklər sizi izləyir

Professor və gənc pedaqoqun yanlış və düzgün tərbiyə problemlərinə dair kitabı nəşr olunmuşdur.

Quba-Xəzəryanı neft-qaz regionunda geofiziki məlumatların toplanması payızda başa çatacaq

İran Prezidentinin qızı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31