Xəbərlər
1.08.2025, 22:31
MƏHƏMMƏD NƏRİMANOĞLU : Arif Babayevimiz bizdən ayrıldı…
Son mənzil
QARABAĞIN YOX EY, BÜTÖV AZƏRBAYCANIN, TÜRK DÜNYASININ XAN ƏMİSİNİN BİR BÜLBÜLÜ DƏ SUSDU!
BÜL-BÜL CƏH-CƏHLİ ARİF ƏMİMİZi əlimizlə ana torpağa tapşırdıq! Necə də əlimiz gəldi?! Necə də ürəyimiz yandı-cızıldadı... Amma, xoşbəxt Arif Babayevimizi SON mənzilə ürəyipara yola salmadıq. O, Qarabağın, doğma yurdu Ağdamın qara günlərdəndən sonra açılan NURlu səhərlərin birində qol-boyun oldu! Arif Babayev bəxtəvərimizdir. O, xalqının sevimlisidir. O, bir ailədən, bir mahaldan, bir ağır eldən getmədi: Muğam dünyasından qopub getdi. Amma, O, nusiqili MUĞAM aləmində səsi-nəfəsi qalacaq-əbədiləşmiş XAN kimi yaşayacaq. Çünki Xan əminin musiqili əmanətlərini O, yaşatdı, sevdi, sevdirdi bizlərə və gələcək nəsillərə!
Başınızı dik tutun, Arif Babayevin ailə üzvləri - ata tərbiyəsini alanlar! Ay Arif Babayevin yolunun davamçıları, muğamla, segahla yola salın ustadınızı!
Ağlayın, ay yurd itkisi ilə ürəyi param-parça qarabağlılarım, qaradağlılarım, göyçəlilərim, zəngəzurlu, iraəvanlılarım, dərbəndlilərim, təbrizlilərim,... borçalılarım...
Arif müəllimə gözəl səsli ağılar, bayatılar lazımdır. Bizim ürəyimizi titrədən Arifimiz üçün siz də səsinizi, harayınızı əsirgəməyin!
Arif müəllimlə dəfələrlə görüşüb, xalq mahnılarımızdan, musiqidən, muğamdan, segahdan, təsnifdən söz açmışdıq. Bu gün bu qara xəbəri eşidəndə internetdə nə qədər axtardım o yazılarımın birini tapmadım ki, paylaşım. Yəqin ki, bu da taledəndir. Yəqin ki, yeni nəsə deməliydim. Köhnə söhbətə qara rəng yaraşmadı. Arif müəllimin zilli-bəmli nəfəsinə ancaq bül-bül cəh-cəhli səslər, avazlar, eləcə də yazılar lazımdır.
Yerin behişt olsun, ustad! Sizin son halınız hamımızı bəs deyincə ağladıb-kirimişik. Kipriklərimiz nəmli, çöhrəmiz qəmli, dərdli-vərəmli bir qara karvan bu gün səni qara torpağa yola saldı.
Bir azdan deyəcəyik: “Qara torpağın üzü soyuqdur”…
Yat, ustad! Amma muğamlarının, təsnif və segahlarının yaşı qədər uzunömürlüsən! Hər kəs belə yazılmır yaddaşlara.
Fəxri xiyabana layiq sənətkar, yetirmələrin sağ olsun, rahat uyu, musiqili yolunun layiqli davamçılarını yetirmisiz! Allah onları qorusun, ruhun şad, məkanın cənnət olsun!
Bakı, 01 avqust 2025-ci il
Arif Babayevimiz bizdən ayrıldı…
HƏƏƏ! BU DA SON!!!

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay