Xəbərlər
30.07.2025, 22:28
BRİLYANT ATƏŞ : "Oğul"-harayımla son anı tutdum - FOTO
Tutdum.
Şəhidimiz Saleh Əliyevin anasının diliylə...
Bir günəş saraldı gözümdə mənim,
Nə zülməti gördüm, nə danı tutdum.
Yaralı bülbültək fəryad eylədim,
Sənin sorağınla Cahanı tutdum.
Sənsiz qan ağlayır ürəyim, oğul,
Sənsiz ocaq çatıb kürəyim, oğul,
Qırılıb evimdə dirəyim, oğul,
"Oğul"-harayımla son anı tutdum.
Qovuşdu əbədi can torpağına,
Alışdım balamın "yox" sorağına,
Qanadlı Mələktək Haqq dərgahına
Uçurdum ruhunu, boş canı tutdum.
Yaşaya bilməzdik, töhmət, günahla,
Sevindirdin bizi şanlı sabahla
"Saleh" - deyə-deyə çəkdiyim "ah" la
Dəryanı qurutdum, ümmanı tutdum.
Nə zülməti gördüm, nə danı tutdum.
Yaralı bülbültək fəryad eylədim,
Sənin sorağınla Cahanı tutdum.
Sənsiz qan ağlayır ürəyim, oğul,
Sənsiz ocaq çatıb kürəyim, oğul,
Qırılıb evimdə dirəyim, oğul,
"Oğul"-harayımla son anı tutdum.
Qovuşdu əbədi can torpağına,
Alışdım balamın "yox" sorağına,
Qanadlı Mələktək Haqq dərgahına
Uçurdum ruhunu, boş canı tutdum.
Yaşaya bilməzdik, töhmət, günahla,
Sevindirdin bizi şanlı sabahla
"Saleh" - deyə-deyə çəkdiyim "ah" la
Dəryanı qurutdum, ümmanı tutdum.
29.07.2025.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














