Fransa hökumətinin 2026-cı il üçün təqdim etdiyi büdcə layihəsi ölkədə ciddi narazılığa səbəb olub. Həmkarlar ittifaqları bu planı ədalətsiz, sosial hüquqlara qarşı hücum kimi qiymətləndirib. Bir çox təşkilat artıq sentyabr ayı üçün ümumi tətil çağırışı edib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Fransa Demokratik Əmək Konfederasiyasının (CFDT) rəhbəri Mariliz Leon “France Inter” radiosuna müsahibəsində büdcəni “tənbəl və keçmişə qapanmış baxış” adlandırıb. Onun sözlərinə görə, işçilər bu büdcəni qəbul edə bilməz. Hökumət ədalətli cavab vermir və bu səbəblə CFDT gələn ay kütləvi aksiyaları istisna etmir. Leon avqustun sonu və ya sentyabrın əvvəlində təşkil edilə biləcək mümkün səfərbərlik üçün qapıların açıq olduğunu bildirib.

Ümumi Əmək Konfederasiyasının (CGT) rəhbəri Sofi Bine daha sərt ritorika ilə çıxış edib. O, büdcə planını gənclər, işçilər, təqaüdçülər və işsizlər üçün qəbuledilməz geriləmə adlandırıb. CGT bəyanatında hökumətin planını əmək sahəsi üçün “qara il və şirkətlərə yeni hədiyyə” kimi xarakterizə edib.

Bine bəyan edib ki, həmkarlar ittifaqları sosial geriləmənin qarşısını almaq üçün əllərindən gələni əsirgəməyəcək və digər həmkarlar ittifaqları ilə birlikdə hökumətin planını bloklamaq üçün strategiyalar hazırlanacaq. Onun sözlərinə görə, hazırda gündəmdə olan məsələ etiraz nümayişləri üçün səfərbərlikdir.

“Solidaires” həmkarlar ittifaqı da yayımladığı bəyanatda Bayru hökumətinin büdcəsinə qarşı çıxaraq ədalətli, həmrəy və ekoloji dayanıqlı yeni büdcə tələbi irəli sürüb.

Başqa həmkarlar ittifaqlarının rəhbərləri də ölkədəki iqtisadi böhranın əsas səbəbi son 10 ildə aparılan uğursuz siyasət olduğunu bildiriblər.

Son xəbərlər

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Azərbaycana bu iki ölkədən daha çox turist gəlir

Nigar Fərhad saxlanıldı

Azərbaycan üçün şad xəbər: ölkənin yeni “qara qızıl”ı...

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Yaş insanın ürəyinə verilmiş son istifadə tarixi deyil...

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

“Evdə tək”in aktyoru vəfat etdi

Azərbaycan nefti cüzi ucuzlaşıb

FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

SƏMƏD VURĞUN-120

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

"Kurtlar Vadisi" serialının aktyoru həyatını itirdi

Mahnılarından biri 20 il müddətində zaman kapsulunda qalacaq

Qızıldan don geyindi - Fotolar

Azərbaycanda yeni qayda: Sentyabrın 1-dən ödənişli olacaq – FOTO

111 rəqəmini tez-tez görürsünüz? - Mələklər sizi izləyir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31