İyunun 2-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib.

QMİ-dən AZƏRTAC-a bildirilib ki, şeyxülislam Baş katiblə yenidən görüşməkdən məmnunluğunu bildirib, Əl-Əzhəri Şərifin Şeyxi, Böyük İmam Əhməd ət-Tayyibin rəhbərlik etdiyi Müsəlman Ağsaqqalları Şurasının İslam aləmində birliyin təmin olunması, dünyada dinlər arasında anlaşma mühitinin formalaşdırılması sahəsində mühüm addımlar atdığını vurğulayıb, səmimi salam-dualarını və xoş arzularını Əhməd ət-Tayyib həzrətlərinə çatdırmağı xahiş edib.

QMİ sədri bildirib ki, özünün də üzv olduğu bu nüfuzlu təşkilatın bir neçə ay öncə keçirilən illik toplantısında qurumun gələcək fəaliyyət istiqamətlərini müəyyən edən vacib qərarlar qəbul olunub.

Bu ilin fevralında Bəhreyn Krallığının paytaxtı Manamada “Bir ümmət, bir tale” şüarı ilə düzənlənən İslamdaxili Dialoq Konfransını xatırladan şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Müsəlman Ağsaqqalları Şurasının da təşkilatçılardan biri olduğu həmin tədbirdə Azərbaycandakı dini tolerantlıq mühiti, məzhəblərarası anlaşma sahəsindəki müsbət təcrübəsi bir nümunəvi model kimi təqdir edilib. Şeyxülislamın sözlərinə görə, bu, Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə əsasını qoyduğu din-dövlət münasibətlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin beynəlxalq aləmdə təqdirinin daha bir bariz nümunəsidir.

Şeyxülislam qeyd edib ki, gələn il Müsəlman Ağsaqqalları Şurasının Bakıda Zirvə toplantısı keçiriləcək və bu, Azərbaycanın dinlər və mədəniyyətlərarası anlaşmaya, məzhəblər arasında dialoqa necə böyük önəm verməsinin təzahürüdür.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam təşkilatın rəhbəri, Əl-Əzhəri Şərifin Şeyxi, Böyük İmam Əhməd ət-Tayyibin salamlarını Allahşükür Paşazadəyə çatdırmaqdan məmnunluğunu ifadə edib. Öz dəyərli məsləhətləri ilə qurumun fəaliyyətinə töhfə verdiyinə görə şeyxülislama təşəkkürlərini bildirib.

Yeni seçilən Roma Papası XIV Leo ilə görüşü barədə danışan Baş katib təmsil etdiyi təşkilatla Katolik Kilsəsi arasında əlaqələrin bundan sonra da davam etdiriləcəyinə inamını ifadə edib. Onun sözlərinə görə, Roma Papası XIV Leo ilə Müsəlman Ağsaqqalları Şurası üzvlərinin yaxın vaxtlarda Vatikanda görüşü planlaşdırılır. Şeyxülislam Allahşükür Paşazadənin də iştirak edəcəyi həmin görüş dünyada dinlər arasında anlaşmanın davamlılığı üçün mühüm addım ola bilər.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirə aparılıb.

Son xəbərlər

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Azərbaycana bu iki ölkədən daha çox turist gəlir

Nigar Fərhad saxlanıldı

Azərbaycan üçün şad xəbər: ölkənin yeni “qara qızıl”ı...

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Yaş insanın ürəyinə verilmiş son istifadə tarixi deyil...

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

“Evdə tək”in aktyoru vəfat etdi

Azərbaycan nefti cüzi ucuzlaşıb

FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

SƏMƏD VURĞUN-120

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

"Kurtlar Vadisi" serialının aktyoru həyatını itirdi

Mahnılarından biri 20 il müddətində zaman kapsulunda qalacaq

Qızıldan don geyindi - Fotolar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31