26 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.

Şuradan "Unikal"a verilən xəbərə görə, "ARB" televiziya kanalının efirində 21 may 2025-ci il tarixdə yayımlanan "Elgizlə izlə" proqramı zamanı səsləndirilən fikirlər müzakirə olunub.


Qeyd olunan proqramda kişi-qadın, ailə münasibətləri mövzusunda müzakirələr zamanı aparıcı və qonaq tərəfindən" Qadını özbaşına buraxmaq olmaz. Bunu qadınlar özləri də etiraf edirlər ki, qadını ki, özbaşına buraxdın, evin yıxıldı. Qurtardı e...", "Ümumiyyətlə deyirlər ki, qadını tanımaq üçün qadına pul vermək lazımdı və bir də azadlıq vermək lazımdı. Onda siz qadını çox yaxşı tanıyacaqsız...", "Azadlıq da ver, pul da ver. O qadının sonra əl-ayağını yığışdırmaq olar? Pulu da verəsən, azadlığı da verəsən..." fikirləri səsləndirilib.

Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi (gender) ayrıseçkiliyinin təbliği kimi qeydə alınıb, daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.

Şura üzvləri məsələni diqqətlə müzakirə etmiş və yekdilliklə bu dialoqun cinsi ayrıseçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəliblər. Sonda Audiovizual Şuranın üzvləri "ARB" kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəlib, bütün yayımçılardan belə müzakirələr zamanı qanunvericiliyin tələblərini əsas tutmaları tələb olunub.

Son xəbərlər

Yağıntılar intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Sabahdan Slovakiyaya “Drujba” kəməri ilə neft nəql olunacaq

Latviya Prezidentinin şərəfinə rəsmi lanç verilib

Xəzər dənizində zəlzələ olub

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək

Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür

Latviya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan nefti cüzi bahalaşıb

Azərbaycan Kuboku: İkinci finalçı "Sabah" - "Qarabağ" oyununda müəyyənləşəcək

BİZİM TƏQVİM:Aprelin 22-də baş vermiş tarixi hadisələr

Bakıda 17 istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

Pentaqon Çinə qarşı təxminən 12 milyard dollar ayırmağı planlaşdırır

Smartfonlar üçün virus əleyhinə plyonka yaradıldı

SEPAH həmin ölkələri hədələdi

Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb

Qorbaçov və Reyqanın görüşdüyü villa milyonlarla dollara satıldı (FOTO)

“Fənərbaxça” Türkiyə kuboku ilə vidalaşıb

Sezon finalı tarixi açıqlandı

Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb

700 minə yaxın şəxsə minimum əməkhaqqı artımı şamil olunub

ABŞ-nin Vitse-prezidentinin Pakistana səfəri ləğv edilib

Sabah metroda qatarlar gecikəcək - Araşdırmalar gedir

“Bu qədər futbolçunun haqqını yedi”

Türkiyəli güləşçi Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub

Çağrı mərkəzi olmayan dövlət qurumlarına "108" vasitəsilə müraciət ediləcək

Azərbaycanda süni intellektlə təxribat törədənlər həbs ediləcək

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930