
Xəbərlər
23.05.2025, 21:52
Arzu Yaqub qızı : Yolunu bilməyənim - FOTO
Yolunu bilməyənim
Baş götürüb gedəcəm,
Məndən uzaq sən də qal.
Keçdim yağışdan, seldən
Bir az duman, çəndə qal.
Düzmüşəm kipriyimə
Gözlərimin ýaşını.
Yolunu bilməyənim,
İtirmisən başını.
Bax söyüd tellərimi
Darayacaq küləklər.
Səni axtarmayacam,
Arayacaq küləklər.
Sənsiz xəyallarıma
Hey daş- kəsək atacam.
Məni bələyən səbrin
Qucağında yatacam.
Nə dəyişəcək məni,
Necəyəm mən olacam.
Dərdin səni üzəcək,
Saçında dən olacam.
Baş götürüb gedimmi?
Deyim uzaq, yaxınsan.
Bəlkə sonuncu ahım,
Bəlkə ilk pənahımsan.
Məndən uzaq sən də qal.
Keçdim yağışdan, seldən
Bir az duman, çəndə qal.
Düzmüşəm kipriyimə
Gözlərimin ýaşını.
Yolunu bilməyənim,
İtirmisən başını.
Bax söyüd tellərimi
Darayacaq küləklər.
Səni axtarmayacam,
Arayacaq küləklər.
Sənsiz xəyallarıma
Hey daş- kəsək atacam.
Məni bələyən səbrin
Qucağında yatacam.
Nə dəyişəcək məni,
Necəyəm mən olacam.
Dərdin səni üzəcək,
Saçında dən olacam.
Baş götürüb gedimmi?
Deyim uzaq, yaxınsan.
Bəlkə sonuncu ahım,
Bəlkə ilk pənahımsan.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








