Xəbərlər
9.05.2025, 23:18
Superliqa: "Fənərbağça" üç xala sevinib
Türkiyə Superliqasında XXXV turun növbəti oyunu keçirilib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, "Başakşəhər" doğma meydanda çempionluq mübarizəsi aparan "Fənərbağça" ilə qarşılaşıb. Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Sarı lacivərdlilər"in qollarını Mert Müldür, Milan Şkrinyar, Yusuf En-Nesiri və Oğuz Aydın vurublar. "Başakşəhər"də isə Ömər Beyaz fərqlənib.
Bu nəticədən sonra xallarını 78-ə çatdıran "Fənərbağça" ikinci pillədə qərarlaşıb. Meydan sahibləri isə 51 xalla beşinci yerdədir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay