Aprelin 14-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Rumıniya Parlamenti Senatı sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, qonağı və onun rəhbərlik etdiyi nümayəndə heyətini səmimiyyətlə salamlayan spiker Sahibə Qafarova bu səfərin parlamentlərimiz və ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

O, Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan dünyada ikinci, Avropa İttifaqı ölkələri arasında isə birinci dövlət olduğunu qeyd edib, ölkələrimiz arasındakı dərin dostluq münasibətlərindən danışıb.

Görüşdə Azərbaycan ilə Rumıniya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxdığı, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin əhəmiyyəti qeyd olunub. Söhbət zamanı dövlətlərimiz arasında olan münasibətlərin qanunverici orqanlar arasında da əməkdaşlığın daha da inkişafı üçün yaxşı imkanlar yaratdığı, parlament dostluq qruplarının mühüm rolu və parlament komitələri arasında birbaşa əlaqələrin yaradılmasının vacibliyi qeyd edilib. Sahibə Qafarova Azərbaycan və Rumıniyanın beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Söhbət zamanı Milli Məclisin sədri Vətən müharibəsindən sonra regionda mövcud vəziyyət, Azərbaycanın BMT qətnamələrinin icrasını öz gücü ilə təmin edərək ərazi bütövlüyünü və müstəqilliyini bərpa etdikdən sonra bəzi Avropa ölkələri tərəfindən qarşılaşdığı təzyiqlər, məqsədli şəkildə yayılan saxta informasiyalara qarşı apardığı mübarizə, Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişi barədə də məlumat verib. Spiker bildirib ki, hazırda iki ölkə arasında sülh müqaviləsinin mətni razılaşdırılıb. Lakin iki məsələ sülh müqaviləsinin imzalanmasına mane olur. Bunlar Ermənistan konstitusiyasının preambulasında Azərbaycana qarşı olan ərazi iddiası və uzun illər problemin həlli ilə məşğul olmuş ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmadığı üçün onun ləğv edilməsidir. Bu məsələlər də öz həllini tapdıqdan sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına heç bir maneə qalmayacaq.

Görüşdə həmçinin, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə apardığı tikinti-quruculuq işləri, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri, sakinlərinin öz doğma yurdlarına qayıtması, Qərbi azərbaycanlıların hüquqlarının bərpasının təmin olunması barədə də danışılıb. Rumıniya Parlamenti Senatı sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudean səmimi görüş üçün təşəkkürünü bildirərək, Azərbaycanla Rumıniya arasında bir çox sahələrdə əməkdaşlığın daha da inkişafı üçün böyük potensial olduğunu bildirib.

Qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıdığını, beynəlxalq təşkilatlarda, xüsusilə də AŞPA-da ölkəmizi müdafiə etdiyini və Ermənistanla sülh planını dəstəklədiyini diqqətə çatdırıb. O, tezliklə sülh sazişinin imzalanacağına inamını ifadə edib və bu regionu parlaq gələcəyin gözlədiyinə əminliyini bildirib. Söhbət zamanı Azərbaycanla enerji, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın olduğunu bildirən qonaq, Azərbaycanın ASAN xidmət təcrübəsinin Rumıniyada da tətbiqi üçün Anlaşma Memorandumu imzalandığını və bu təcrübəni öyrəndiklərini diqqətə çatdırıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.





Son xəbərlər

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31