Xəbərlər
29.03.2025, 01:05
ŞƏHLA XƏLİLQIZI : Yeni şeir nümunəsi - FOTO
Yeni şeir nümunəsi
Xatirələrim
Ömürdən nə qədər illər ötsə də,
Zamanın vədəsi gəlib yetsə də,
Taley kitabının vaxtı bitsə də,
Məni məndən alan ötən illərim,
Susmayan duyğudur xatirələrim.
Qəlbimə həkk olub qopub ayrılmaz,
Elə xatirə var danışsan doymaz,
Bahar təravətli il ötsə solmaz,
Bəyaz qar təki ağaran tellərim,
Susmayan duyğudur xatirələrim.
Boxçada bağlanan bar sovqat təki,
Üstünə gedirsən edərək ərki,
Keçən hər bir günə olub şəriki,
Uzaq xəyallara dalan gözlərim,
Susmayan duyğudur xatirələrim.
O sənin həmdəmin hər bir yaşında,
Oturub əbədi qaş arasında,
Axtarır anları göz qarasında,
Boylanıb baxdıqca yanan izlərim,
Susmayan duyğudur xatirələrim.
Şəhlayam xatirəm hörəndə saray,
Hərdən qoparardı o, da hay-haray,
Dolanır başıma anlar aybaay,
Düşəndə yadıma dolur gözlərim,
Susmayan duyğudur xatirələrim.
Zamanın vədəsi gəlib yetsə də,
Taley kitabının vaxtı bitsə də,
Məni məndən alan ötən illərim,
Susmayan duyğudur xatirələrim.
Qəlbimə həkk olub qopub ayrılmaz,
Elə xatirə var danışsan doymaz,
Bahar təravətli il ötsə solmaz,
Bəyaz qar təki ağaran tellərim,
Susmayan duyğudur xatirələrim.
Boxçada bağlanan bar sovqat təki,
Üstünə gedirsən edərək ərki,
Keçən hər bir günə olub şəriki,
Uzaq xəyallara dalan gözlərim,
Susmayan duyğudur xatirələrim.
O sənin həmdəmin hər bir yaşında,
Oturub əbədi qaş arasında,
Axtarır anları göz qarasında,
Boylanıb baxdıqca yanan izlərim,
Susmayan duyğudur xatirələrim.
Şəhlayam xatirəm hörəndə saray,
Hərdən qoparardı o, da hay-haray,
Dolanır başıma anlar aybaay,
Düşəndə yadıma dolur gözlərim,
Susmayan duyğudur xatirələrim.
28.03 .2025
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















