Azərbaycan və Ruanda arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib
17 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının hökumət missiyası Ruanda Respublikasında səfərdə olub.

XİN-dən APA-ya verilən məlumata görə, səfər zamanı nümayəndə heyətinin Ruanda Respublikasının maliyyə və iqtisadi planlaşdırma üzrə dövlət naziri xanım Mutesi Rusagara, kənd təsərrüfatı və heyvan resursları naziri cənab Mark Cyubahiro Bagabe, informasiya texnologiyaları və innovasiyalar naziri xanım Paula İngabire ilə, eləcə də Ruanda İnkişaf Şurasının və Mədən, Neft və Qaz Şurasının rəhbərləri ilə görüşləri keçirilib, Ruanda Sahibkarlarının İnkubasiya Mərkəzinin fəaliyyəti ilə tanışlıq səfəri olub.

Keçirilmiş görüşlər zamanı, Ruanda Prezidenti cənab Paul Kagamenin Bakıda keçirilmiş COP29-un Liderlər Sammitində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qəbulu zamanı aparılmış müzakirələrin iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2024-cü ilin dekabr ayında Ruandaya səfəri çərçivəsində Fondun dəstəyi ilə burada həyata keçirilən təhsil və mədəniyyət sahəsindəki layihələrə görə təşəkkür edilib.

Müzakirələr zamanı ticarət, sərmayə, mədənçilik, neft-qaz, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq üçun geniş imkanların olduğu qeyd olunub, qarşılıqlı maraq doğuran sahələrdə birgə işçi qruplarının yaradılması və qarşılıqlı biznes missiyalarının həyata keçirilməsinə razılıq ifadə olunub. Ruanda tərəfinin vətəndaşlara xidmət mərkəzlərinin məhz Azərbaycanın bu sahədə uğurlu layihəsi olan "ASAN xidmət" konsepsiyası əsasında təsis edilməsinə göstərdiyi maraq yüksək qiymətləndirilib.

Səfər çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Ruanda Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin ilk iclası təşkil olunub.

Siyasi məsləhətləşmələr zamanı ikitətəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Siyasi məsləhətləşmələrin ikitərəfli əlaqələrin inkişafı və əlaqələndirilməsi baxımından vacib olduğu vurğulanaraq, onun iclaslarının mütəmadi əsasda təşkil edilməsi qərara alınıb.

Səfər zamanı Yalçın Rəfiyev Kiqali Soyqırımı Memorialını ziyarət edib, kütləvi qətliamın qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Memoriala əklil qoyub, xatirə kitabına ürək sözlərini yazıb.

Hökumət missiyasına Azərbaycan Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfatı Nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, AZPROMO və Azərbaycan İnvestisiya Holdinqi nümayəndələri daxil olub.
Azərbaycan və Ruanda arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib
Azərbaycan və Ruanda arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib
Azərbaycan və Ruanda arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib

Son xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib

Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

"SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ" LAYİHƏSİ BARƏDƏ DÜŞÜNCƏLƏRİM...

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930