Regionda PKK layihəsinin ləğvi – Suriya Bəşşarın ardınca onu yola salacaq - ŞƏRH


Suriyada Bəşşar Əsəd rejiminin yıxılması ölkədə, regionda və beynəlxalq münasibətlərdə yeni şəraitin yaranmasına səbəb olub. Son 13 ildə suriyalılar kimləri yola salıb? Əl-Qaidə, İŞİD terror qruplaşmaları, İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qoşunları, Tehranın yaratdığı müxtəlif proksi dəstələr, ölkə üzrə fəaliyyət göstərən Rusiya hərbçiləri, Livan “Hizbullah”ının döyüşçüləri və başqaları ölkəni tərk ediblər.

Bu il noyabrın 27-də başlayan hərəkat Suriyada fəaliyyət göstərən PKK terror qruplaşmasının qolu YPG-PYD dəstəsinə də yerini göstərir.

Məlumatlara görə, terror qruplaşması Suriyada işğal etdiyi ərazilərdən çıxarılır. Artıq Mənbiç, Deyrizor (əyalət mərkəzi) PKK/YPG birləşməsindən azad edilib. İraq-Suriya sərhəd xəttində yerləşən Elbukemal və Meydain rayonlarından da qruplaşma çıxarılıb.

Suriya Milli Ordusunun “Azadlıq şəfəqi” əməliyyatı davam edir.
Regionda PKK layihəsinin ləğvi – Suriya Bəşşarın ardınca onu yola salacaq - ŞƏRH

PKK/YPG-PYD terror qruplaşması ölkənin ərazi bütövlüyü, təhlükəsizliyi və suverenliyinə təhdid mənbəyidir. Bu birləşmə Suriyanın ərazisinin parçalanmasına çalışır. Onun bütün səyləri də bu istiqamətdədir.

YPG-nin (Xalq özünümüdafiə dəstələri) əsası 2012-ci ilin iyulunda qoyulub. Onlar de-fakto Suriyanın şimal və şərq hissələrinə nəzarət edirlər. Terror qruplar həmin ərazilərdə silahlı dəstələr yaradıblar. Onların ABŞ və Qərb blokuna aid başqa dövlətlər tərəfindən dəstəkləndiyi də bildirilir. PKK ilə YPG arasında təşkilati, ideoloji və digər məsələlər üzrə əlaqələrin olduğu müxtəlif xüsusi xidmət orqanları, rəsmi və qeyr-rəsmi analitik mərkəzlər tərəfindən təsdiqlənib.

ABŞ, Avropa İttifaqı ölkələri, NATO, Avstraliya, Yaponiya, Kanada, Qazaxıstan, bölgədəki Türkiyə, Suriya, İraq və İran PKK-nı terror qruplaşması olaraq tanıyır. Rusiya, Çin, Hindistan, İsveçrə, Misir, İsrail, Tunis, Səudiyyə Ərəbistanı, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri isə onu terror dəstəsi olaraq qəbul etməyənlərdən bəziləridir.

Bu kimi faktlar da YPG-nin terrorçu dəstə olaraq tanınmasına əsas verir.

Regionda PKK layihəsinin ləğvi – Suriya Bəşşarın ardınca onu yola salacaq - ŞƏRH


Hazırda “Həyati-Təhrir-e-Şam”a bağlı hərəkat Suriyanın 70 faizindən çox hissəsinə nəzarət edir. Bu isə o deməkdir ki, ölkə ərazisinin üçdə-biri başqa güclərin, o cümlədən PKK-nın nəzarəti altındadır.

Belə bir vəziyyət isə Suriyanın ərazi bütövlüyü və təhlükəsizliyi üçün başlıca təhlükə mənbəyidir. Onlar istənilən zaman qarışıqlıq yarada bilər.

Bu günlərdə onların qazdığı kilometrlərlə uzunluğu olan tunellər aşkarlanıb. Nəzərə almaq lazımdır ki, Fələstinin Qəzza zolağında HƏMAS-ın qazdığı tunellər İsrail ordusu və təhlükəsizlik üçün başlıca hədələrdən idi. Ona görə də PKK-nın Suriyadakı qollarının tunellərinin də oxşar funksiya daşıdığı istisna edilmir.

Bundan başqa, bu silahlı birləşmə yeni hakimiyyətə tabe olacağını və ya silahları təhvil verəcəyini açıqlamır. Bu terror qruplaşması “Həyati-Təhrire-Şam”ı tanıdığını və Suriyanın gələcək inkişafında onunla əməkdaşlıq edəcəyini də bildirməyib. Odur ki, PKK/YPG-PYD-nin silahları gələcəkdə Suriyanın ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyinə tuşlana bilər.

PKK/YPG-PYD bununla BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinin əsas maddəsini (Suriyanın ərazi bütövlüyü) pozur, yaxud onu heçə sayır. Bununla da terror qruplaşması beynəlxalq ictimaiyyətin bütöv Suriya hədəfinə qarşı çıxır.

PKK/YPG-PYD terror qruplaşması ifşa olunduqdan sonra “Suriya Demokratik Güclər” “blokunu” elan edərək təmsilçiliyi ona verdilər. Bununla da təşkilat öz bölücü, terrorçu mahiyyətini gizlətməyə çalışdı. Bu işdə onlara İraqın şimalındakı yerli özünüidarəetmə quruluşu da yardım edib.

Yeri gəlmişkən, bu silahlı qruplaşmalar özlərini “demokratik” quruluşlu sayırlar. Bu ifadə PKK-nın PYD (Demokratik Birlik Partiyası) qolunda da var. Demokratiya sözündən istifadə etsələr də, fəaliyyət və davranışlarında buna əməl olunmur.

Regionda PKK layihəsinin ləğvi – Suriya Bəşşarın ardınca onu yola salacaq - ŞƏRH


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu qruplaşmanı ələ keçirdikləri ərazilərdə türklərə qarşı etnik təmizləmə aparmaqda ittiham edib.

Bəşşar Əsədə bağlı qüvvələr kimi PKK/YPG-PYD qruplaşması da narahatlığını gizlətmir. Türkiyəyə qarşı iftira və şantaj dolu çıxışları ilə tanınan PKK/YPG-nin həmsədri Salih Müslim Suriya Milli Ordusunun irəliləməsindən təşvişə düşərək dialoq çağırışı edib: “İdeologiyalar nə olursa-olsun, onlarla birlikdə yaşamağa məcburuq. Onlar da suriyalıdır”.

Müslim HTŞ-yə nikbin, Suriyada baş verənlərə isə ümidlə baxdıqlarını, onlara hücum etmək istəmədiklərini bildirib: “Biz Türkiyəyə təpki göstəririk, bununla belə, dialoq kanallarımız açıqdır”.

Rəsmi Ankaranın isə terror qruplaşması olaraq tanıdığı PKK/YPG-PYD ilə danışıqlar aparması ehtimalı azdır. Çünki bir dövlətin terror dəstəsi ilə dialoqu məntiqsizdir.

Regionda PKK layihəsinin ləğvi – Suriya Bəşşarın ardınca onu yola salacaq - ŞƏRH


Türkiyənin xarici işlər naziri Hakan Fidan bu günlərdə DEM Partiyanın rəhbərləri ilə görüşdə Suriyadakı bütün kürd cəmiyyətinə, o cümlədən müslimlərə də cavab verib. O, Türkiyənin xarici siyasətinin kürdofobiya olduğu iddiasını tamamilə rədd etdiyini bildirib. Nazir yeni ildə onlara daha rasional addım atmağı tövsiyə edib:

“Üçüncü dünya demoqogiyası ilə heç yerə getmək şansımız yoxdur. Siyasi xəttinizə daha yaxşı xidmət etmək üçün özünüzü yeniləyin”.

İndi Suriyadakı bu etnik qrupun da yenilənməsi zamanıdır. Bu proses isə ilk növbədə Türkiyəyə qarşı tuşlanan silahların yığışdırlmasından, onun təhlükəsizliyi və ərazi bütövlüyünü təhdidlərə son verməkdən başlayır. Bir sözlə, bu qruplaşma və onun ətrafındakıların Türkiyəfobiyadan imtina etməsi daha məntiqli olar.

PKK terror qruplaşmasını vaxtilə keçmiş SSRİ-nin təhlükəsizlik orqanları Türkiyədə pozuculuq fəaliyyəti göstərmək üçün yaratmışdı. İndiki terminlərlə ifadə etsək, PKK sovetlərin proksi qrupu olub. İndiyədək onlar bu funksiyalarını icra edir.

İraqın şimalındakı özünüidarəetmə sistemi PKK-nı kürd etnik qrupu üçün ziyanlı sayır. Yəni ondan imtina edir. İraq hökuməti də bu qruplaşmanın adının çəkilməsini rəsmi olaraq qadağan edib.

Regionda PKK layihəsinin ləğvi – Suriya Bəşşarın ardınca onu yola salacaq - ŞƏRH


Belə bir şəraitdə PKK/YPG-PYD hansı addımı atacaq? Adını, yoxsa, proqramını dəyişəcək? Hadisələr sübut edib ki, ad dəyişmək formal, gözdən pərdə asmaq üçün atılan addımdır. Çünki PKK Suriyada adını “Suriya Demokratik Gücləri”, YPG-yə, PYD-yə dəyişməklə sovetdənqalma proksi funksiyasını davam etdirir. Atalar sözüdür: “Daşın böyüyünü götürmək atmamaq əlamətidir”.

Odur ki, PKK-nın iddiaları da “böyük daşa” oxşayır. İraqın şimalı da onun ideyasını yerə vurub.

Bu etnik qrupun siyasi qüvvələri Suriyadakı reallıqla barışmalı olacaq.

Regionda PKK layihəsinin ləğvi – Suriya Bəşşarın ardınca onu yola salacaq - ŞƏRH


Hafiz Əsəd də SSRİ-nin müdafiə etdiyi dövlət başçısı, BƏƏS (Ərəb Sosialist Dirçəliş Partiyası) isə Moskvanın qurduğu sol yönlü siyasi təşkilat olub. Ona görə oğul Bəşşar da Rusiyadan əl çəkə bilmədi. Suriyada, habelə Yaxın şərqdə SSRİ-dənqalma bütün rejimlər, proksilər sıradan çıxır, çıxarılır. Odur ki, PKK və onun ətrafı Bəşşar Əsədin ardınca yollana bilər. Bununla da İraqdakı kimi, Suriyada da PKK layihəsinin ləğv ediləcəyi gözlənilir...(Report)

Son xəbərlər

Ermənistan rəsmilərinin sülh çağırışı: avantüra, boşboğazlıq - ŞƏRH

“Azərpoçt” Şuşada fəaliyyət göstərməyə başlayıb

Sahibə Qafarova Cahit Bağçını qəbul edib

Siyəzən və Sumqayıt prokurorluqlarına yeni təyinatlar olub

Seçki günü qatarların qrafikində dəyişiklik olmayacaq

Azərbaycan-Pakistan Komissiyasının səkkizinci iclası

Milli Mətbuatın 150 illik medalı belə olacaq - FOTO

Hamamdakı partlayışda xəsarət alan Sevinc öldü - Foto

"Şahdəniz"də yeni platforma tikiləcək

Gələn il 28 min tələbənin peşə təhsili müəssisələrinə cəlb edilməsi planlaşdırılır

Neftimiz ucuzlaşdı

ABŞ Prezidenti: İranın nüvə silahına malik olması fəlakətlə nəticələnəcək

BİZİM TƏQVİM: 24 yanvar tarixində baş vermiş mühüm hadisələr

KİV: "Boko Haram" silahlıları Nigeriyada 20 balıqçını öldürüblər

Nyu-Yorkda şaxtalı hava səbəbindən Hudson çayı donub, şəhərdə həyat iflic olub

Avropa Liqası: "Yunayted” “Rencers”ə, “Latsio” “Sosyedad”a qarşı

Tramp Kennedinin qətli ilə bağlı məxfi materialların açıqlanmasına dair sərəncam imzalayıb

Türkiyə ordusunun əsgəri şəhid oldu

Trampa ilk zərbə

Fransada “Charlie Hebdo”nun keçmiş redaksiyasına hücum edən şəxs 30 il həbsdə qalacaq

“Qarabağ”ı araşdırmışdıq” - FCSB-nin baş məşqçisi

Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə - Fotolar

“Bəxt sözünü qəbul etmirəm” - Qurban Qurbanov

Oba köçüb, yurdu qalıb... - Fotolar

Mariya Zaxarova: Hələlik Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətini proqnozlaşdırmaq çətindir

İlkin də onların qurbanlarından biridir

ABŞ-nin Azərbaycandakı səfiri ilə görüşmək istədi, həbs olundu

Rüşvət alan hakim məhkəmə zalında həbs edildi

Bütün xəbərlər
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031