İradə Gülməmmədova Şuşalı şəhid ailələri ilə görüşdü


Bu gün Abşeron Rayon İcra Hakimiyyətində Şuşalı şəhid ailələri ilə görüş keçirilib.

Turaztv.az Unikal.org-a istinadən xəbər verir ki, Şuşa şəhərinin 1992-ci il 8 may tarixində işğalı ilə əlaqədar olaraq baş tutan görüşdə Azərbaycanın bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sukutla yad edilib.

Şuşa şəhərinin Azərbaycanın tarixində çox böyük əhəmiyyətə malik olduğunu, bu şəhərin tarixinin tam araşdırılmadığını bildirən Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonlarımızın işğal günlərində həmin bölgələrdən olan şəhid ailələri ilə gürüşlərin keçirildiyini, bunun da məqsədinin gəclərimizin vətənpərvərlik ruhunda böyüdülməsi, işğal altında olan ərazilərimizin təbliğ edilməsi, onların unudulmamasına çalışmaq olduğunu bildirib.

Azərbaycanda ilk məktəbin məhz Şuşada açıldığını, lakin sovet dövründə bir çox tarixi faktların bilərəkdən saxtalaşdırıldığını söyləyən başçı bu şəhərin təkcə mədəniyyət beşiyi olmadığını, eyni zamanda elmi mərkəz funksiyasını yerinə yetirdiyini deyib.
Prezident İlham Əliyevin işğala məruz qalan ərazilərimizin sülh yolu ilə geri qaytaramağa çalışdığını, lakin bu mümkün olmadıqda hərbi yolla rayonlarımızın azad ediləcəyini vurğulayan başçı əlavə edib ki, Azərbaycan əsgərlərinin uğurlu hərbi əməliyyatlar bu inamımızı bir daha möhkəmləndirib.

Daha sonra Şuşadan olan şəhid ailələri torpaqlarımızın tezliklə azad ediləcəyinə, məcburi köçkünlərin ata-baba yurdlarına dönəcəklərinə inandıqlarını bildirərək onlara göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər. “Biz Şuşaya tələsirik” - deyən şəhid ailələri dədə-baba yurdlarına dönmək istədiklərini vurğulayıblar.

Sonda şəhid ailələrinə maddi yardımlar göstərilib.

Son xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib

Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

"SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ" LAYİHƏSİ BARƏDƏ DÜŞÜNCƏLƏRİM...

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930