Turaztv.az » Xəbərlər » Çingiz Dadaşov : GÖRMÜŞƏM - FOTOLAR
Xəbərlər / Nesr

Çingiz Dadaşov : GÖRMÜŞƏM - FOTOLAR

27.10.2024, 11:32 479
Çingiz Dadaşov : GÖRMÜŞƏM - FOTOLAR
GÖRMÜŞƏM

"Vurğunam yurdumun təbiətinə,
Neçə yaylaq gəzib,aran görmüşəm".
Baba dağdan seyr eləyib Xəzəri,
Günəşi dəryadan doğan görmüşəm!

Pirqulu dağından baxıb göylərə,
Ulduzları,Kəhkəşanı görmüşəm.
Sərdəxana yaylağına qalxanda,
Ruh oxşayan gülüstanı görmüşəm!

İlan tək qıvrılan Pirsaat çayın,
Məcraya sığmayan selin görmüşəm.
"Qiblə qayası"yla namazın qılan,
Neçə-neçə ahıl insan görmüşəm!

Zarat adlı bu kəndimdə ,a dostlar,
Aşığları dövran vuran görmüşəm.
Şakiri,Baratı,Məmmədağanı,
Mağarlarda məclis quran görmüşəm!

Aşıq Şahpələngi,aşıq Şərbəti,
Toyların başında duran görmüşəm.
Aşıq Ağamurad tutdu bu yolu,
Cavan ikən dövran vuran görmüşəm!

Gözəldir baharı,gözəldir qışı,
Yurdumun payızda barın görmüşəm.
Tarixi var bu obanın ,bu elin,
İnsanların etibarın görmüşəm!

27.10.2024.

Çingiz Dadaşov : GÖRMÜŞƏM - FOTOLAR
Çingiz Dadaşov : GÖRMÜŞƏM - FOTOLAR
Çingiz Dadaşov : GÖRMÜŞƏM - FOTOLAR
Çingiz Dadaşov : GÖRMÜŞƏM - FOTOLAR
Çingiz Dadaşov : GÖRMÜŞƏM - FOTOLAR
Çingiz Dadaşov : GÖRMÜŞƏM - FOTOLAR
Çingiz Dadaşov : GÖRMÜŞƏM - FOTOLAR

Oxşar xəbərlər