Oliqarxın 3 milyonluq villası ilə bağlı qalmaqal
Sabiq deputat – oliqarx Fərhad Qəribovun "Gənclik" metrostansiyası yaxınlığındakı villası vaxtilə Mərkəzi Banka 3 milyon manatın əvəzi kimi girov qoyulub. Borc ödənilməmiş 2-mərtəbəli, 10-otaqlı, 224 kvadratmetr yaşayış, 303 kvadratmetr də köməkçi sahəsi olan həmin evi tikiblər. Mərkəzi Bank da nə pulu ödətdirə bilir, nə də satışa çıxarmaq üçün əlində girov qalıb.

Mərkəzi Bank 2007-ci ilin dekabrında F.Qəribovun rəhbərlik etdiyi "Debütbank" ASC-yə illik 13 faizlə 3 milyon manat kredit verib. İpoteka müqaviləsinə əsasən, sabiq deputatın oğlu Elnur Qəribovun mülkiyyətində olan sözügedən ev girov qoyulub. 2010-cu ilin dekabrında 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qərarıyla "Debütbank" müflis elan olunub. Müəssisənin iflas prosesinin başlanmasına qərar verilib. "Debütbank"ın ləğvedicisi qismində isə "AZE Financial Consulting"" MMC təyin edilib.

O da məlum olub ki, Qəribovlar ipoteka ilə yüklü olan həmin evi 2014-cü ilin iyununda satıblar, aralarında alqı-satqı müqaviləsi bağlanıb. Amma Mərkəzi Bank bundan xəbərsiz olmayıb, çünki materiallar arasında Mərkəzi Bankın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə göndərdiyi razılıq məktubu var. Məktubda yazılıb ki, evin satılmasına etiraz etmir. Amma bir şərtlə ki, ev yenə ipotekada qalır.

Məktubda o da qeyd olunub ki, "Debütbank"ın borc öhdəliyinin 2 milyon manatlıq hissəsi ödəniləndən sonra sözügedən əmlak ipoteka yüklülüyündən azad ediləcək. Beləliklə, ev İsmayıl Şirinova satılıb, onun mülkiyyətinə keçib.

Bundan sonra evin yeni mülkiyyətçiləri həmin ərazidə olan başqa əmlakları ilə birlikdə bunu da söküb, onların yerində qeyri-yaşayış obyekti tikmək qərarına gəliblər. Bakı şəhər İcra Hakimiyyəti də buna etiraz etməyib. Qurumun keçmiş rəhbəri Hacıbala Abutalıbovun bu məsələ ilə bağlı 2016-cı ilin avqustunda imzaladığı məktub var.

O məktubla icazə verilib ki, Şirinovlar Atatürk prospekti 30, 32 və 42 ünvanlarında yerləşən əmlakları söküb, yerində istədikləri layihəyə uyğun tikinti aparsınlar. Beləliklə, Mərkəzi Bankda girov olan ev də sökülüb.

Mərkəzi Bank bu məsələ ilə əlaqədar öncə "Debütbank"ın ləğvedicisi qismində "AZE Financial Consulting" MMC-yə qarşı iddia qaldırıb. Bu girov müqabilində verilmiş 3 milyon manatlıq kreditin ödənilməyən hissəsini tələb edib. Evin hərracda satılması da iddia tələbi olub. Amma bu iddia təmin edilməyib.
Sonradan Mərkəzi Bank evin əvvəlki mülkiyyətçisi olan E.Qəribova və əmlakı alıb, onu sökmüş İ.Şirinova qarşı məhkəmədə iddia qaldırıb. Nərimanov rayon Məhkəməsində qaldırılan iddia ərizəsində yazılıb ki, 3 milyonluq kreditdən hələ də 1 milyon 470 min 65 manat əsas, 365 min 214 manat da faiz borcu var. Mərkəzi Bank iddia edib ki, cavabdehlərin əməli – evin sökülməsi nəticəsində "Debütbank"a verilmiş kredit təminatsız qalıb. Ona görə də dəymiş ziyanın əvəzinin - ümumilikdə 1 milyon 835 min 279 manatın adları çəkilən şəxslərdən tutulub Mərkəzi Banka ödənilməsini tələb edib.

Nərimanov rayon Məhkəməsi iddianı təmin etməyib. Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Nəhayət, ötən ay fevralın 27-də Ali Məhkəmə aşağı instansiya məhkəmələrinin qərarlarını ləğv edib və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib./Azpolitika

Son xəbərlər

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır

Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər

7 yaşlı oğlan qıcolmadan öldü

Bu gün çimərliyə getmək istəyənlərin diqqətinə!

Bu qəsəbənin illərlə bitməyən avtobus dərdi: AYNA hökuməti ittiham etdi

Ali təhsil iş tapmağa kifayət edirmi?

Pensiya alanların nəzərinə

Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - FOTO

Məşhur film adaya 850 milyon qazandıra bilər

Cəmil Zəbhulla Dadasov - 65

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

Süni intellektdən istifadə ona heç nə qazandırmadı...

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində yekun qərar elan olunub

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə “Bəyaz durnalar” kitabının təqdimatı keçirildi - FOTOLAR

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir

Ceyhun Bayramov Kiyevdə Ukrayna PUA-larının sərgisi ilə tanış olub

Şənbə günü 1350 namizəd incəsənət məktəb və mərkəzlərinə işə qəbul imtahanı verəcək

Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK

UEFA Konfrans Liqası: "Qarabağ" Polşada Kiyev "Dinamo"su ilə qarşılaşacaq

Bakıda yalnız üç istiqamətdə tıxac yaranıb

Tramp administrasiyası idxalçılara 100 milyard dollarlıq gömrük rüsumunu geri qaytarıb

22 milyonluq təklifi rədd etdi, “Real”la bağlı hər şeyi sildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətində görüş

"Fənərbağça" ÇL-də "Şturm"a qalib gəldi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31