
Xəbərlər
13.02.2020, 13:38
Yevlaxda qəbiristanlıq yandı

Yevlax rayon Nərimanabad kəndinin qəbiristanlığında yanğın baş verib.
Anews.az xəbər verir ki, qamışlıqdan başlanan yanğın qəbiristanlığa keçib. Ərazi quru kol-kos olduğundan alovun arealı tez bir zamanda artıb.
Ətrafda olan şam ağacları da yanıb. Alov bir anda hər tərəfi bürüyüb. Məzarlığa yaxın evlərin sakinləri yanğını söndürməyə çalışıblar.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











