Xəbərlər
24.05.2024, 22:51
Maqsud Adıgözəlov: "Sabah"ın gələn mövsüm Azərbaycanı Avropada layiqincə təmsil edəcəyinə inanıram
"Çempionluq münasibətilə "Sabah" basketbol klubunu təbrik edirəm. Komanda gözlənilən nəticəni əldə etdi".
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Sabah" futbol klubunun prezidenti Maqsud Adıgözəlov eyniadlı basketbol komandasının Azərbaycan çempionu olması barədə danışarkən deyib.
O, başa çatan mövsümü uğurlu adlandırıb: "Komandalar mövsüm ərzində yüksək tempdə mübarizə apardılar. Hər bir kollektivi təbrik edirəm. "Sabah"ın növbəti mövsüm avrokuboklara daha yaxşı hazırlaşıb, Azərbaycanı layiqincə təmsil edəcəyinə inanıram".
Klub rəhbəri sabah baş tutacaq "Neftçi" - "Sabah" oyunu ilə bağlı da fikirlərini bölüşüb: "Sabah"dan yalnız qələbə gözləyirik. Komandaya inanıram. Bilirəm ki, futbolçular sonadək döyüşəcək".

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay