Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

"Turaztv.az" əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası ilə bağlı əmək qanunvericiliyi üzrə təlimçi və İnsan resurslarının idarə edilməsi üzrə mütəxəssis Vasif Ağayevin yazısını təqdim edir.

İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra isə işçinin işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququ vardır. Belə bir hal olduqda, işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinə xitam verilməsi barədə fikrini dəyişərsə, onun ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə hüququ vardır və belə bir hal olarsa, bu barədə işəgötürənə yeni ərizə verə bilər.
Bununla əlaqədar işçi işəgötürənə ərizə təqdim etdiyi halda işəgötürən onun əmək müqaviləsini ləğv edilə bilməz. Yalnız bir istisna hal var ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əgər yazılı xəbərdarlıq etmiş olarsa, o zaman işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

Eyni zamanda işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə təqdim edilməlidir.

Son xəbərlər

Parlament Azərbaycanla İƏT-in Təmiz Enerji Mərkəzi arasındakı sazişi müzakirə edəcək

Keçən il büdcəyə bərpa edilən vəsaitin həcmi məlum olub

FHN: Ötən həftə 179 yanğına çıxış olub, 46 nəfər xilas edilib - VİDEO

Məcnun Məmmədov Zəngilanda vətəndaşları qəbul edəcək

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Sabah yağış yağacaq

Bakıda marketlərdən oğurluq edən 5 nəfər saxlanıldı

Baş məşqçi olub tarixə düşdü

Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım edib

Bayramlarını belə qeyd edirlər - Fotolar

“Bavariya” 54 illik rekordunu yenilədi

Londonda etiraz aksiyası zamanı 500-dən çox şəxs saxlanılıb

Hörmüz boğazını keçmək istəyən iki boş supertanker geri dönüb

"Öyle bir geçer zaman ki"nin aktyoru yeni serialda - FOTO

Səudiyyə Ərəbistanı: Şərq-Qərb neft kəməri tam gücü ilə işə düşüb, bəzi yataqlarda işlər davam edir

Salyanda avtomobil aşıb, qadın sərnişin ölüb - YENİLƏNİB

FHN: Üç ton ərzaq və gündəlik tələbat malları Qubanın Qonaqkənd kəndinə çatdırılıb

Bir sıra ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava

“Qəbələ” “İmişli”yə, “Turan Tovuz” “Sumqayıt”a qarşı

İstanbulda əyləncə məkanlarına basqın - Məşhurlar saxlanıldı

Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür

FHN bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Pakistan İran və ABŞ-a Hörmüzdə birgə patrul xidməti təklif edib

Xəzər dənizində zəlzələ olub

VAQİF VÜQAR : Ruhunuzu öyrətməyin qəribliyə...

Pravoslav xristianları Pasxa bayramını qeyd edir

Bu gün 53 minə yaxın şagird buraxılış imtahanı verəcək

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930