
Xəbərlər
19.01.2024, 22:31
Aman yerim, Güman yerim – Son Pənahım - FOTO
Daş ürəklərdə yanıb, daşları sındırdı muğam,
Haqqa düşmən olanı, haqqa tanıtdırdı muğam.
Onun hər guşəsi bir xatirə, bir canlı kitab,
Dəfn edin siz məni zabul segahın mayəsinə
Deyirəm bəlkə, məni bir gün oyandırdı muğam.
Haqqa düşmən olanı, haqqa tanıtdırdı muğam.
Onun hər guşəsi bir xatirə, bir canlı kitab,
Dəfn edin siz məni zabul segahın mayəsinə
Deyirəm bəlkə, məni bir gün oyandırdı muğam.
Bəxtiyar Vahabzadə
Aman yerim, Güman yerim – Son Pənahım.
Çox hörmətli oxucularım, əgər siz xatırlayırsınızsa 2022-ci ildə tut ağacında Nübar tut yetişdiyi vaxt “Şahidimsən Tut ağacı” adlı poetik bir hekayə yazmışdım. 2023-cü ildə isə onun davamı olaraq “Sevgi Fəryadı” adlı yazını qələmə aldım. Həmin yazılardakı epizodu sizlərə xatırlatmaq istəyirəm.
Mini Marketin yanında 65 yaşında Nübar adlı nurani bir xanım əyləşib qarşısında səliqəli üzərinə cuna çəkilmiş 2 vedrə tut qoyub üstündə belə yazıb. Nübardır gəl apar. Mənə çox maraqlı gəldi bir-iki dənə tut ağzıma atdım və dedim:- dadlıdır, şirindir, dəyərlidir. Xanım cavabında bildirdi. Gördüyün tut adi sadə tut deyil.
O, tut mənim taleyimdir, mənim gəncliyimdir. Nakam sevgi məhəbbət dünyamın Şahidi və Nübarıdır!
Həmin tut ağacının gövdəsində belə yazılmışdır.(E+N) ...
Tut ağacına dair
Yazmaq fikrim yox idi,
Aygünün ifasında tut ağacı
Mahnısın dinləməyə,
Həvəsim həddindən çox idi.
Yazmaq fikrim yox idi,
Aygünün ifasında tut ağacı
Mahnısın dinləməyə,
Həvəsim həddindən çox idi.
Nə isə 2024-cü ilin başlanğıcı daxili vicdan borcu mənə pıçıldadı, sanki qarşımda bir çılpaq nəhəng tut ağacı dayanıb hayqırdı, yaz! Üçüncü dəfə yaz! Tut ağacı deyərkən, tut ağacə çözərkən – ilk anda iki əsrin nümayəndəsi Aygün xanım yada düşür.
Aygün xanım Qoy ölüm sevinməsin! Tut ağacının bir budağı qırıldısa kökü əbədi yatdığın o, torpaqdadır. Digər budağı cavan balamızı ulu tanrı qorusun.

Sən təkcə atanın-ananın övladı deyilsən, xalqın dili ilə vəsf etsəm “elə xalqın da balasısan!, xalqın da artistisən”!
Sənin keçdiyin həyat yolu və oxuduğun milli musiqilər, muğamatlar barədə geniş məlimatlar xalqa çatdırılıb. Ey xalq istəklisi, sevimlisi de gedişinlə -
Köksümüzə necə çarpaz dağ çəkdin sən?
Bizi gözü yaşlı ağlar qoyub,
Tərk edib, Hara gedirsən?
Bəlkə də bu dünyanın – fonoqramasından
Saxta, süni, şousundan,
Bezib, çıxıb gedirsən?
Canlı Milli Muğamatı özünlə,
Haqq dünyasına nə tez yetirirsən?
Bizi gözü yaşlı ağlar qoyub,
Tərk edib, Hara gedirsən?
Bəlkə də bu dünyanın – fonoqramasından
Saxta, süni, şousundan,
Bezib, çıxıb gedirsən?
Canlı Milli Muğamatı özünlə,
Haqq dünyasına nə tez yetirirsən?
Yox, yox gedən sənin cismindir, Cananın-doğman burdadır – ruhun burdadır – sənətkar!Sən xalqın qəlbində yaşayırsan və yaşayacaqsan!
Çünki sən 13 yaşında ilk səhnəyə gələrkən səni xalq sevdi. Bu həyatda nə qədər çətinliklərlə üzləşdin sən, amma təslim olmadın. Bilirik ki, yolu doğru olanın, yükü ağır olar. Həmişə Allahına güvəndin. Tut ağacından təsəlli aldın və dedin: - Aman yerim, Güman yerim, Pənah yerim, hətta sənət naminə gümanın gəldiyi yaşadığın evi də girov qoydun.
Ulu öndərimiz Heydər Əliyevin adını daşıyan sarayda konsert vermək istəyirdin, amma (doğurdan da dəli olmuş bu dəniz), təbiət də səni sınaq imtahanına çəkdi. Günəşli yatağında baş verən məlum hadisələrlə əlaqədar konsert ləğv olundu. Özün – özünə təsəlli verdin. “Forsmajor” Allaha Pənah.
Yenidən xalq musiqisinin, muğamın dərinliklərinə baş vurub öyrəndiklərini daha da təkmilləşdirdin. Bu sahədə elmin- təhsilin olmağına baxmayaraq innovativ sistemdə araşdırmalar aparır, yeniliklər gətirir, ustadlardan dərs alır, halallıq alır. Musiqi alətlərində qeyri-adi bacarıqlara(pianino, karmon, qoşa nağara, qaval, nağara) malik olur. Bir sözlə: əgər musiqidən, muğamdan zövq almaq istəyirsənsə qulaq as, dinlə, Aygünü dinlə - feyziyab ol! Aygün xanım heç də sıradan bir müğənni, xanəndə deyildir o, çətin, əzablı yollar keçib.Yeniyetmə vaxtından əməyə, zəhmətə alışmışdır. Onun xüsusi geyim tərzi var idi. Sanki geyimindən də enerji alıb səhnədə xoş aura yaradırdı.
Azına – çoxuna şükür edən qız,
14 yaşdan sonra qaldın sən yalqız.
Uşaqqkən düşündün,
Ailənin maddiyatını,
Xoş züm-zümənlə, dəqiq Ritminlə
Axtardın musiqi külliyatını
Qobustan qayasında
Yurdun daşı – daş üstə
Gözəl bir ritimlə, sehirli səsdə
Xəyallara daldın ay boyu bəsdə
Nağaranı öyrəndin böyük həvəsdə
Toylara – şənliyə alırsan dəvət,
Qabarlı əllərinlə qazanırsan hörmət
Ailəyə edirsən özün də kömək
Allaha üz tutub təklikdə qalmaq istəyir
Duaların edib, arzusuna çatmaq istəyir
Aygün xanım – Aya doğru, Günə doğru
Aram, aram, addım-addım yüksəlir...
14 yaşdan sonra qaldın sən yalqız.
Uşaqqkən düşündün,
Ailənin maddiyatını,
Xoş züm-zümənlə, dəqiq Ritminlə
Axtardın musiqi külliyatını
Qobustan qayasında
Yurdun daşı – daş üstə
Gözəl bir ritimlə, sehirli səsdə
Xəyallara daldın ay boyu bəsdə
Nağaranı öyrəndin böyük həvəsdə
Toylara – şənliyə alırsan dəvət,
Qabarlı əllərinlə qazanırsan hörmət
Ailəyə edirsən özün də kömək
Allaha üz tutub təklikdə qalmaq istəyir
Duaların edib, arzusuna çatmaq istəyir
Aygün xanım – Aya doğru, Günə doğru
Aram, aram, addım-addım yüksəlir...
Bəli, sənin keçdiyin bu çətin yol sadəliyin, səmimiliyin, daxili zənginliyin, özünə məxsus geyim tərzin, vətənə bağlılığın, millətini dövlətini sevməyin xalqını, doğma Azərbaycanını xarici ölkələrddə Fransada, Türkiyədə, Özbəkistanda konsertlərdə çıxış edib milli musiqimizi, muğamatımızı təbliğ və təmsil edib tanıtdırmağın səni xalqa daha da çox sevdirdi.
Ulu öndərimiz Heydər Əliyev həmişə mədəniyyət sahəsinə yüksək səviyyədə diqqət yetirib. Xalqına, Vətəninə, Dövlətinə xidmət edən hər bir kəsi layiqincə qiymətləndirirdi. Buna bariz nümunə: Aygün Hümbətova əməkdar artist adına layiq görülür. Bu da vicdanlı əməyinin-zəhmətinin tut ağacının bəhrəsi...
Hörmətli prezidentimiz Aygün xanımın oxuduğunu görəndə belə demişdir: Keçən dəfə də gördüm “Çox gözəl səsi var, gözəl də oxudu”. Aygün xanım, doğurdan da elə gözəl, məlahətli, duyğusal saf duru qaynayan bulaq, bül-bül cəh-cəhinə bənzəyən qızıl və gözəl səsə malik idin.
Səhnədə İbrahim Tatlısəslə, Sibelcanla oxuyarkən onları çox təəcübləndirdin. İbrahim belə demişdir: Allah, Allah bu nə səs – Xarüqə bu bir fitri istedad!
Tut ağacı!
Sən bunları bilə-bilə,
Gətirmədin heç vaxt dilə.
Atalar demişdir əzəldən belə,
Hər qaranlıq gecənin bir işıqlı sabahı var
Çəkdiyin əziyyətin-zəhmətin
Yerdə də, göydə də bir Allahı var!
Sən bunları bilə-bilə,
Gətirmədin heç vaxt dilə.
Atalar demişdir əzəldən belə,
Hər qaranlıq gecənin bir işıqlı sabahı var
Çəkdiyin əziyyətin-zəhmətin
Yerdə də, göydə də bir Allahı var!
Aygün xanım! Bacarıq və istedadını xalqımızdan əsirgəmədin. Mənim Azərbaycanım, Şərəfim Şöhrətim canım deyib konsertlər verdiyin çətin günlərdə əsgərlərlə görüşdün, hərbçilərdə döyüş əhvalı-ruhiyyəsi yüksəldib qələbə əzmi yaratdın, Qələbə çaldıq! Hətta məhbuslar qarşısında çıxışlar etdin. Milli bayramlara biganə qalmadın. Həmişə öndə gedirdin, sən daxilən naməlum halda harasa tələsirdin... Konsertdə tamaşaçılardan 2 istəyin var idi: Diqqət-sevgi bir də ki, həqiqətdə ehtiyacın olan, Sağ ol Aygün! – desinlər, Amma...
Hörmətli şairimiz Səməd Vurğun demişdir:
Bilirsənmi, bu dünyaya yoxdur etibar
Beşcə günün qonağıyıq biz
Həyatın da, ölümün də
Öz növbəsi var!
Beşcə günün qonağıyıq biz
Həyatın da, ölümün də
Öz növbəsi var!
Şair – sənətkarın vəfatı növbəsindən çox tez gəldi, inanılmaz oldu. İndi bildim ki, 26 dekabr 2023-cü il-də verilən solo-konsert vida konserti idi. Hamı ilə sağollaşır, salondan çıxarkən əlini qaldırır hamıya əl eyləyir. Xəstəliyin ağırlaşdığını görüb Türkiyəyə müalicə üçün gedir, - amma...kaş ki...kaş ki...
Bağışla, Bağışla sənətkar, səni qoruya bilmədik!
Yatardı Ankarada 1 ana xəstə
Gözü yolda idi qulağı səsdə
Əzrail gəlmişdir bu son nəfəsdə
Sanki, Ana çırpınırdı bir dar qəfəsdə
Balası ağlayır fəryadlı səsdə
Deyirdi vəfasız, Ey fani dünya
Anam xəstədirsə, canına qıyma!
Məni heç olmasa, Anasız qoyma!
Atalar beləmi demişdir məgər?
Ata vəfat edərsə əgər,
Övlad atasız qalarmış.
Valideyn ətrini anadan alarmış,
Ana isə həm Ata, həm də Ana olarmış
Ana vəfat edərsə, övlad yetim qalarmış.
Tanrının qanunu belədir əzəl,
Vaxt tamamdısa, çatmışdır əcəl
Bir gün yaranan, bir gün də gedər
Tale aman vermədi,
Balasın güldürmədi
Ölüm mələyi gəldiyin bildirmədi.
Vaxtsız əcəl Anaya geyindirdi ağ donu,
Aman Allah, beləmi olurdu həyatın SONU!
Ya Rəbb, nə üçün apardın çox vaxtsız onu!
Gözü yolda idi qulağı səsdə
Əzrail gəlmişdir bu son nəfəsdə
Sanki, Ana çırpınırdı bir dar qəfəsdə
Balası ağlayır fəryadlı səsdə
Deyirdi vəfasız, Ey fani dünya
Anam xəstədirsə, canına qıyma!
Məni heç olmasa, Anasız qoyma!
Atalar beləmi demişdir məgər?
Ata vəfat edərsə əgər,
Övlad atasız qalarmış.
Valideyn ətrini anadan alarmış,
Ana isə həm Ata, həm də Ana olarmış
Ana vəfat edərsə, övlad yetim qalarmış.
Tanrının qanunu belədir əzəl,
Vaxt tamamdısa, çatmışdır əcəl
Bir gün yaranan, bir gün də gedər
Tale aman vermədi,
Balasın güldürmədi
Ölüm mələyi gəldiyin bildirmədi.
Vaxtsız əcəl Anaya geyindirdi ağ donu,
Aman Allah, beləmi olurdu həyatın SONU!
Ya Rəbb, nə üçün apardın çox vaxtsız onu!
Aygün xanım, ilk dəfə sənətə gəldiyin S.Bəhlulzadə adına mədəniyyət evində səninlə vida mərasimi keçirildi. Aygünsevərlər, sənət camiəsi xalqımız səninlə vidalaşdı.
Muğamatımıza yenidən həyat verən, dəstəkləyən, inkişaf etdirən, diqqət yetirən I xanım Mehriban xanım vida mərasiminə gül-çiçək çələngi göndərərək ailəsinə, yaxınlarına başsağlığı vermişdir.
Bilirəm, gülü-çiçəyi çox sevirdin:
İndi məzarın gülə-çiçəyə qərq olub
O, gül çiçəyin içində yerin cənnət olsun,
Ruhun şad olsun, Allah rəhmət eləsin.
Kaş-kilərdən biri
İndi məzarın gülə-çiçəyə qərq olub
O, gül çiçəyin içində yerin cənnət olsun,
Ruhun şad olsun, Allah rəhmət eləsin.
Kaş-kilərdən biri
Ey ulu tanrı,nə olar sənətkarlara Dəymə-dəymə. Onsuz da itirə-itirə gedirik.
Rəhmətliklər: Məhəbbət,Sabir, Baloğlan, Səyyad, Məmmədbağır, Gülbahar və.s. əslində Aygün xanımın vəfatı ilə əlaqədar sənət camiyəsi sarsıntılar keçirtdilər sənətçilər! Bir-birinizin qədrini bilin, canınızın sağlığında.
Yeni il 2024-cü il, İlahi heç olmasa 24-cü ilin ömür payından 24 gününü Aygün xanıma bəxş edərdin. İlin birinci qarını məzarının üstü yox, özü canlı görərdi o, gözəl toxunmuş uzun saçaqlı şərfini boynuna dolayıb, əlcəyini geyib səmimi, mehriban balası ilə birlikdə qar qızın heykəlini düzəldərdilər. Çünki onun da qısa ömrü günəşin əlindədir.
Ey insanlar!
Sevdiklərinizi sağ ikən ziyarət edin
Əcəl gələrkən icazə almaz,
Əzrailə yalvarsan da,
Geriyə yol olmaz!
Ədalətin bumu dünya?
Sevdiklərinizi sağ ikən ziyarət edin
Əcəl gələrkən icazə almaz,
Əzrailə yalvarsan da,
Geriyə yol olmaz!
Ədalətin bumu dünya?
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay







