Şahidimsən tut ağacı! - Hamlet TOFİQOĞLU
Şahidimsən tut ağacı!

Kənd məhsulları adlı mini marketin yanında 65-67 yaşlarında bir nurani xanım əyləşib. Qarşısında səliqəli, üzərinə cuna çəkilmiş 2 vedrə tut qoyub üstündə belə yazıb. Yenicə yığılıb. Nübardır, gəl apar. Birinci stəkanı burda ye, ödənişsiz. İkinci stəkana 50 qəpik ödə götür, üçüncü stəkanı qonşuya ötür de ki, nübardır, Nübar göndərib. Mənə çox maraqlı gəldi, bir-iki dənə tut ağzıma atdım və dedim: - dadlıdır, şirindir, dəyərlidir. Xanım cavabında bildirdi. Gördüyün tut adi, sadə tut deyil. O, tut mənim taleyimdir, mənim gəncliyimdir!
Sevgi-məhəbbət dünyamın Nübarıdır!
Kənddə orta məktəbdə qonşumla bir sinifdə oxuyurduq, bir-birimizi həzin baxışlarla, lal məhəbbətlə sevirdik. Məktəbi bitirərkən xatirə dəftəri vasitəsi ilə adımızın baş hərflərini yazmaqla bir-birimizə sevgimizi bildirirdik, üç gün keçməmiş bağçada gəzərkən gözüm tut ağacının gövdəsinə sataşdı, gördüm belə yazılıb(E+N)= işarəsi yox, cavab yox, mötərizə bağlanıb...
Yazıya baxdım, cəsarətsiz yazılmışdır. Nə isə məktəbi bitirdik. Valideynlər bildi. Az müddətdən sonra dedilər oğlan şəhərə gedir. Baxçamızda tut ağacının altında xudmani məclis quruldu oğlanın anası dedi: - Hələlik “Həri” edirik. Oğlum gələndə nişan üzüyünü gətirərik

Mənim qismətimdə “Həri”
Məhəbbət dünyamın Nübarı oldu.
Sevgi aləminin birinci və sonuncu
Qərarı oldu!
Fəsillərdə sevdiyim güldü, çiçəkdi yazdır.
Tut ağacı – tar, kamança həmdə ki, sazdır.
Şirindir barı, acıdır yarı
Gövdəsi tənlikdir riyaziyyatdır,
Meyvəsi yetişəndə sanki madiyyatdır.
Vedrələrdən biri pullu, o birisi pulsuz
Eyni ağac, eyni budaq,
Eyni torpaq, eyni yarpaq.
Şirindir, baldır barının dadı.
Olmuşdur Etibar qonşunun adı,
Olmalıydı Nübar onun arvadı.
Tut mənə tanıtdırdı qohumu, yadı
Tut ağacı şahiddir!
Qonşuluqda belə olurmu sevgi fəryadı?
Çox qəribədir bu həyat yolu
Müəllim soruşma mənim halımı
Ürəyim sevgi ilə doludur-dolu.
Kiminin dənizdə üzür sevgi-məhəbbət gəmisi,
Kimini gizlədir başqa bir kənddə əmisi.
Kimisi məhəbbətlə pərvanətək şama yanır,
Kimisi arsız olub, şəhərlə kənd arası fırlanır.
Etibarsız-Etibar saf məhəbbətdə əhdi peymanı danır!
Özü qanmaz! Deyəsən valideynləri xəcalətdən utanır.
Mənsə belə yazdım: Duyğusal qızın nakam məhəbbəti
Gənc oğlan şəhərdən-kəndə gələndə,
Kəsdi qabağını qonşudakı gözəl qız
Deyirdin axı sevirəm səni.
Nə üçün sevmədin aldatdın məni?
Göndərmədin nişan üzüyün
Dedin gözlə, səbirli ol gələr onun zamanı
Üzük yubananda gözləyirdim etibarsız bu anı.
Bəs niyə yazdın tut ağacının gövdəsinə,
(E+N) Adımı adının üstünə, mötərizənin içinə?
= işarəsi qoyanmadın, cavabında duyanmadın,
Necə oldu göstərdiyin o, riyazi əlamət,
Harda qaldı səndə olan kəramət?
Qonşuluqda belə olur sevgi bir də məhəbbət?
Ağacda adlarımız bir-birinə qovuşdu,
Tut da zamanında yetişdi və sovuşdu.
Tut ağacı özü kövrək.
Yeyiləndə, seviləndə qüvvət alır sevən ürək.
Yetişəndə olur onda iki rəng,
Biri ağ, o, birisi qara.
Get xoşbəxt ol, qəlbimə vurdun yara!
Bundan sonra könlümü verirəm mən
Ağacdan hazırlanmış kamana, tara
Bir nişanda, bir toyda tar, kaman çalınanda
Eşitdim şəhərdə sən evlənmisən,
Gəlinlə birlikdə kəndə gəlmisən.
Guya məndən utandığından, əminin kəndində
Sən gizlənmisən.
Sənin ucbatından belə keçdi gəncliyim,
Artıq geri dönməz mənim gəncliyim.
Dəyişdi dövran, keçdi o, zaman
Məhəbbət, dünyam oldu viran,
Mənimki 1 quru həriyə qaldı,
Nübar tut ağacını görəndə
Xəyallar apardı fikrə daldı.
Dedi neynim-nə edim?
Tut ağacın kökündən çıxarım, onu məhv edim?
Yoxsa qəlbimdən çıxarıb bir dəfəlik dəfn edim?
Bir daha sual etdim harda qaldı sədaqət?
Qonşuluqda belə olur sevgi 1-də məhəbbət?
Bəzən sevgi üzərində qurulubdur yalanlar
Biri yalandan əhd edir, o, biri göbək kəsib balasını məhv edir
Gənc yaşında ölümə gedir qurbanlar,
Nahaqdan tökülür amansız qanlar.
Siz deyin belə olarmı ey cavanlar?
Yüz ölçün bir biçin, yaxşıca fikirləşin
Gənc qızlar-oğlanlar.
Qızlar sevər arzu-diləklə
Qızlar sevər təmiz məhəbbətlə saf bir ürəklə
Oğlanlar! Aldatmayın qızları,
Qaldırın göylərə, səmaya yerdəki ulduzları.
Qönçə tək açılan gül-çiçəkli qızları.
Oğlanlar, itirməyin səmimiyyəti, mərhəməti
İtirməyin,Sədaqəti-xoş niyyəti,
İtirməyin, etibarı-düz ilqarı.
Aldatmayın oğlanlar!
O, namuslu,ləyaqəti saf ürəkli Qızları,
Gələcəyin sədaqətli gözəl yarı.
Arzu edək daima xoşbəxt olsunlar barı!
Duyğusal Qızın, nakam məhəbbəti,
Gənclərə qoy ibrət olsun.
Tut ağacın hekayəti
Həm də nəsihət olsun!


Hamlet TOFİQOĞLU

Şahidimsən tut ağacı! - Hamlet TOFİQOĞLU
Şahidimsən tut ağacı! - Hamlet TOFİQOĞLU

Son xəbərlər

Axşam bu qidalardan istifadə edənlərin diqqətinə: İnsult riskini artırır

Qəlbimizə hakimliyi bacarırıqmı?

Öz şərəfinə adlandırılan küçədən paylaşım etdi - Fotolar

General-Polkovnik Vaqif Axundov – Dövlətçiliyə Sədaqətin və Şərəfli Xidmətin Ömür Yolu

DƏYİŞƏN ŞƏHƏRLƏRİN YADDAŞINDA QALAN İZLƏR

“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski

Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib

Naxçıvan sosial-iqtisadi inkişafın yeni mərhələsindədir - TƏHLİL

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb, pilot katapult edib

Gürcüstan mediası İlham Əliyevin enerji dəhlizləri və ixracına dair açıqlamalarını geniş işıqlandırıb

Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir

Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

MÜŞVİQ RƏFAELOĞLUNUN YARADICILIĞI HAQQINDA... -FOTO

Sabah 37 dərəcə isti olacaq

Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH

Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb

Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Zeynəb Cəmaləddin : GƏLƏR Divani - FOTO

“Güllü”nün ölümündə inanılmaz detal ortaya çıxdı

Dağıstan qaranlığa qərq oldu

Şəhid əmanətlərinin böyük ürəkli əmanətçisi - FOTOLAR

Bir yaşın mübarək, əziz Cəbrail - FOTO

Ronaldo evləndi - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31