SEVGİ FƏRYADI - FOTOLAR
SEVGİ FƏRYADI

Son vaxtlar kriminal xəbərlərdə,
Məhəbbət aləmində yeniyetmələr
Arasında özünə qəsd etmə barədə
Xoşagəlməz hadisələr baş verir.
Hörmətli oxucularımın xahişlərini,
Yazın gəlməsini, nübar tutun
Yetişməsini nəzərə alıb şahidimsən
“Tut ağacı” hekayəsini əlavəsi ilə
Birlikdə sizlərə təqdim edirəm.
Yaz fəslinin gəlməsi,
Təbiətin ətirli, xoş nəfəsi.
Nübar tutun yetişməsi,
Yay fəslində bol meyvəsi,
Bəhməzi və mürəbbəsi,
Bülbülün də zümzüməsi.
Şairin də hər kəlməsi
Xeyirdir, bərəkətdir.
Sənayedə güclü bir hərəkətdir
Həm atlasdır, həm ipəkdir
Kölgəsində dincəlməkdir.
Tut yeyəndə qüvvət alan –
Təbabətdə bir ürəkdir!
Şirəsi şirindir, içgisi acı
Şahidim sənsən, ey tut ağacı!

Kənd məhsulları adlı mini marketin yanında 65-67 yaşlarında bir nurani xanım əyləşib. Qarşısında səliqəli, üzərinə cuna çəkilmiş 2 vedrə tut qoyub üstündə belə yazıb. Yenicə yığılıb. Nübardır, gəl apar.
 SEVGİ FƏRYADI - FOTOLAR
(E+N)

 SEVGİ FƏRYADI - FOTOLAR

Birinci stəkanı burda ye, ödənişsiz. İkinci stəkana 50 qəpik ödə götür, üçüncü stəkanı qonşuya ötür de ki, nübardır, Nübar göndərib. Mənə çox maraqlı gəldi, bir-iki dənə tut ağzıma atdım və dedim: - dadlıdır, şirindir, dəyərlidir. Xanım cavabında bildirdi. Gördüyün tut adi, sadə tut deyil. O, tut mənim taleyimdir, mənim gəncliyimdir!
Sevgi-məhəbbət dünyamın Nübarıdır!
Kənddə orta məktəbdə qonşumla bir sinifdə oxuyurduq, bir-birimizi həzin baxışlarla, lal məhəbbətlə sevirdik. Məktəbi bitirərkən xatirə dəftəri vasitəsi ilə adımızın baş hərflərini yazmaqla bir-birimizə sevgimizi bildirirdik, üç gün keçməmiş bağçada gəzərkən gözüm tut ağacının gövdəsinə sataşdı, gördüm belə yazılıb(E+N)= işarəsi yox, cavab yox, mötərizə bağlanıb...
Yazıya baxdım, cəsarətsiz yazılmışdır. Nə isə məktəbi bitirdik. Valideynlər bildi. Az müddətdən sonra dedilər oğlan şəhərə gedir. Baxçamızda tut ağacının altında xudmani məclis quruldu oğlanın anası dedi: - Hələlik “Həri” edirik. Oğlum gələndə nişan üzüyünü gətirərik


Mənim qismətimdə “Həri”
Məhəbbət dünyamın Nübarı oldu.
Sevgi aləminin birinci və sonuncu
Qərarı oldu!
Fəsillərdə sevdiyim güldü, çiçəkdi yazdır.
Tut ağacı – tar, kamança həmdə ki, sazdır.
Şirindir barı, acıdır yarı
Gövdəsi tənlikdir riyaziyyatdır,
Meyvəsi yetişəndə sanki madiyyatdır.
Vedrələrdən biri pullu, o birisi pulsuz
Eyni ağac, eyni budaq,
Eyni torpaq, eyni yarpaq.
Şirindir, baldır barının dadı.
Olmuşdur Etibar qonşunun adı,
Olmalıydı Nübar onun arvadı.
Tut mənə tanıtdırdı qohumu, yadı
Tut ağacı şahiddir!
Qonşuluqda belə olurmu sevgi fəryadı?
Çox qəribədir bu həyat yolu
Müəllim soruşma mənim halımı
Ürəyim sevgi ilə doludur-dolu.
Kiminin dənizdə üzür sevgi-məhəbbət gəmisi,
Kimini gizlədir başqa bir kənddə əmisi.
Kimisi məhəbbətlə pərvanətək şama yanır,
Kimisi arsız olub, şəhərlə kənd arası fırlanır.
Etibarsız-Etibar saf məhəbbətdə əhdi peymanı danır!
Özü qanmaz! Deyəsən valideynləri xəcalətdən utanır.
Mənsə belə yazdım: Duyğusal qızın nakam məhəbbəti
Gənc oğlan şəhərdən-kəndə gələndə,
Kəsdi qabağını qonşudakı gözəl qız
Deyirdin axı sevirəm səni.
Nə üçün sevmədin aldatdın məni?
Göndərmədin nişan üzüyün
Dedin gözlə, səbirli ol gələr onun zamanı
Üzük yubananda gözləyirdim etibarsız bu anı.
Bəs niyə yazdın tut ağacının gövdəsinə,
(E+N) Adımı adının üstünə, mötərizənin içinə?
= işarəsi qoyanmadın, cavabında duyanmadın,
Necə oldu göstərdiyin o, riyazi əlamət,
Harda qaldı səndə olan kəramət?
Qonşuluqda belə olur sevgi bir də məhəbbət?
Ağacda adlarımız bir-birinə qovuşdu,
Tut da zamanında yetişdi və sovuşdu.
Tut ağacı özü kövrək.
Yeyiləndə, seviləndə qüvvət alır sevən ürək.
Yetişəndə olur onda iki rəng,
Biri ağ, o, birisi qara.
Get xoşbəxt ol, qəlbimə vurdun yara!
Bundan sonra könlümü verirəm mən
Ağacdan hazırlanmış kamana, tara
Bir nişanda, bir toyda tar, kaman çalınanda
Eşitdim şəhərdə sən evlənmisən,
Gəlinlə birlikdə kəndə gəlmisən.
Guya məndən utandığından, əminin kəndində
Sən gizlənmisən.
Sənin ucbatından belə keçdi gəncliyim,
Artıq geri dönməz mənim gəncliyim.
Dəyişdi dövran, keçdi o, zaman
Məhəbbət, dünyam oldu viran,
Mənimki,1 quru həriyə qaldı,
Nübar tut ağacını görəndə
Xəyallar apardı fikrə daldı.
Dedi neynim-nə edim?
Tut ağacın kökündən çıxarım, onu məhv edim?
Yoxsa qəlbimdən çıxarıb bir dəfəlik dəfn edim?
Bir daha sual etdim harda qaldı sədaqət?
Qonşuluqda belə olur sevgi 1-də məhəbbət?
Bəzən sevgi üzərində qurulubdur yalanlar
Biri yalandan əhd edir, o, biri göbək kəsib balasını məhv edir
Gənc yaşında ölümə gedir qurbanlar,
Nahaqdan tökülür amansız qanlar.
Siz deyin belə olarmı ey cavanlar?
Yüz ölçün bir biçin, yaxşıca fikirləşin
Gənc qızlar-oğlanlar.
Qızlar sevər arzu-diləklə
Qızlar sevər təmiz məhəbbətlə saf bir ürəklə
Oğlanlar! Aldatmayın qızları,
Qaldırın göylərə, səmaya yerdəki ulduzları.
Qönçə tək açılan gül-çiçəkli qızları.
Oğlanlar, itirməyin səmimiyyəti, mərhəməti
İtirməyin,Sədaqəti-xoş niyyəti,
İtirməyin, etibarı-düz ilqarı.
Aldatmayın oğlanlar!
O, namuslu,ləyaqəti saf ürəkli Qızları,
Gələcəyin sədaqətli gözəl yarı.
Arzu edək daima xoşbəxt olsunlar barı!
Duyğusal Qızın, nakam məhəbbəti,
Gənclərə qoy ibrət olsun.
Tut ağacın hekayəti
Həm də nəsihət olsun!

 SEVGİ FƏRYADI - FOTOLAR
 SEVGİ FƏRYADI - FOTOLAR

Son xəbərlər

Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb

“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?

Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub

Lamiyə Vəliyeva dünya çempionu oldu

Sabah hava belə olacaq

Özünü asan qız son anda xilas edildi

Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR

BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb

BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr

Namibiyada şirlərə görə məktəblər bağlanıb

Namibiyada şirlərə görə məktəblər bağlanıb

Kaledoniya üsyanı: Fransa parçalana bilər - FOTO

Gürcüstan Prezidenti əcnəbi agentlər haqqında qanuna dəyişiklik etməyəcək

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

Bərdə Tarix-diyarşünaslıq Muzeyində "Dünənimizin, bu günümüzün və sabahımızın carçıları" adlı tədbir keçirilmişdir. - FOTOLAR

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR

Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib

Bakıda yeniyetmə elektron qəlyana görə 90 ay həbsdə qalacaq

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

Pentaqon Kiyevə silah tədarükü ilə bağlı iclas keçirəcək

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Qaxa, Qəbələyə dolu düşüb, Bakıda şimal-qərb küləyi güclənib - FAKTİKİ HAVA

Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031