Xəbərlər
14.01.2024, 18:53
Yağıntıların yanvarın 15-i səhər saatlarından tədricən kəsiləcəyi gözlənilir
Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə qar yağır. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 16-dək gecə və səhər saatlarında xüsusən də dağlıq və dağətəyi rayonlarda bəzi magistral yolların buz bağlaması ehtimalı var.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
G.Məmmədovanın sözlərinə görə, yağıntıların yanvarın 15-i səhər saatlarından tədricən kəsiləcəyi gözlənilir. Belə ki, yanvarın 15-i gündüz Bakıda və Abşeron yarımadasında və bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay