BMT-nin yeni hesabatı: ölkələr zərərli tullantıları daha sürətlə azaltmalıdırlar
Dünya ölkələri iqlim böhranının öhdəsindən gələ bilmir. Son il ərzində bu sahədəki qlobal hərəkətlər dayanıb, milli iqlim planlarında isə son elmi məlumatlar nəzərə alınmır.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının ekspertlərinin yeni hesabatında deyilir.

Hesabatda beynəlxalq birliyin hələ də qlobal istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmağa və iqlim fəlakətinin qarşısını almağa imkan verəcək adekvat tədbirlər görmədiyinə dair sübutlar təqdim olunub. “Cari milli planlara görə, 2030-cu ilə qədər qlobal istixana qazları tullantıları 2010-cu ilin səviyyəsi ilə müqayisədə 9 faiz artacaq. Eyni zamanda, elmi məlumatlar son dərəcə aydınlıqla bunu göstərir: qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq istəyiriksə, bu onilliyin sonuna qədər tullantılar 2010-cu ilin səviyyəsi ilə müqayisədə 45 faiz azalmalıdır”, – deyə BMT-nin Baş katibi Antonio Quterreş hesabatın dərc edilməsi ilə əlaqədar bildirib.

Hesabatın müəllifləri deyirlər ki, hətta bəzi ölkələr tərəfindən hərəkətlərin aktivləşdirilməsinə baxmayaraq, qlobal tullantıların trayektoriyasını əhəmiyyətli dərəcədə aşağı salmaq və iqlim dəyişməsinin ən pis nəticələrindən qaçmaq üçün daha çox səy göstərmək tələb olunur.

“İqlim xaosu daha böyük miqyasda daşqın, yanğın və quraqlığa səbəb olmaqla bütün dünyaya zərər vurduğuna görə, görülməsi vacib olan hərəkətlər və real hərəkətlər arasında uçurum getdikcə daha təhlükəli olur”, – deyə BMT-nin rəhbəri bildirib.

Quterreş hər bir ölkədə və hər bir şəhərdə iqlim dəyişməsi ilə mübarizədə “superyeni”, perspektivli tədbirlərin zəruriliyini qeyd edib. O vurğulayıb ki, inkişaf etmiş ölkələrin 2040-cı ilə qədər, inkişafda olan iqtisadiyyatların isə - 2050-ci ilə qədər bu məqsədə mümkün qədər yaxınlaşması üçün sıfır tullantı səviyyəsinə nail olma müddətini azaltmaq lazımdır.

“Eyni zamanda, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan ölkələr 2030-cu ilə qədər, qalan ölkələr isə 2040-cı ilə qədər bərpa olunan enerji mənbələrinin güclərini əhəmiyyətli dərəcədə artırmalı, mərhələ-mərhələ kömürdən imtina etməli və 2050-ci ilə qədər qlobal səviyyədə sıfır tullantılar nailiyyətinə əsasən mərhələlərlə bütün qazıntı yanacaq növlərindən imtina etməlidirlər”, – deyə o, əlavə edib.

Baş katib iqlim dəyişməsi ilə mübarizədə tədbirlərin tam həcmdə maliyyələşdirilməsini və milli iqlim planlarının ən qısa müddətdə həyata keçirilməsini təmin etmək üçün hökumətləri birləşməyə çağırıb. O, noyabrın 30-dan dekabrın 12-dək Birləşmiş Ərəb Əmirliklərində BMT-nin COP28 iqlim konfransının keçiriləcəyini diqqətə çatdırıb. Quterreşin fikrincə, həmin konfrans ölkələri daha təsirli hərəkətlərə sövq etməlidir.

Son xəbərlər

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930